"Azərbaycan aşpazları dünyada uğurlu çıxış edir" - Azadə Hüseynova

"Azərbaycan aşpazları dünyada uğurlu çıxış edir" - Azadə Hüseynova

"Qastronomiya turizmi üzrə ixtisaslaşmış əsas qurumlardan biri olaraq, biz milli kulinariya irsimizin tanıdılması və inkişafı istiqamətində ardıcıl işlər həyata keçiririk".

 

Sfera.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan qastroturizm perspektivləri” mövzusunda keçirilən brifinqdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan zəngin və qədim mətbəxə sahib ölkələrdən biridir. Bu sahədə inkişaf üçün yetəri qədər imkanlar mövcuddur. Qurum rəsmisi qeyd edib ki, milli mətbəximizin təbliği ilə bağlı artıq bir sıra mühüm layihələr icra olunub və bu istiqamətdə işlər davam etdirilir. Son illərdə Azərbaycanda milli mətbəxin qorunması, təbliği və inkişafı istiqamətində mühüm addımlar atılıb. Bu sahədə həyata keçirilən işlər bir neçə əsas istiqamət üzrə davam etdirilir.

 

“Peşəkar kadr hazırlığı sahəsində əhəmiyyətli irəliləyişlər qeydə alınıb. Belə ki, peşəkar aşpazların yetişdirilməsi üçün müxtəlif kurslar təşkil olunub, mütəmadi olaraq təlimlər və seminarlar keçirilir. Bu, həm yerli bazarın tələblərinə uyğun kadr təminatını gücləndirib, həm də ölkənin kulinariya potensialının artmasına səbəb olub.
Azərbaycan aşpazları dünya ölkələri arasında keçirilən müxtəlif beynəlxalq tədbir və kulinariya proqramlarında da uğurla iştirak edirlər. Bu proqramlarda nümayiş olunan nəticələr ölkəmizin mətbəx mədəniyyətinin yüksək səviyyədə olduğunu bir daha sübut edir”,- deyə sədr müavini qeyd edib.

 

O həmçinin vurğulayıb ki,  ölkə daxilində müxtəlif bölgələrdə yerli qastronomiya festivalları keçirilir. Bu tədbirlər həm regionların mətbəx ənənələrinin tanıdılmasına, həm də daxili turizmin inkişafına töhfə verir:


"Diqqətçəkən məqamlardan biri isə işğaldan azad olunmuş ərazilərdə də kulinariya sahəsində tədbirlərin təşkil olunmasıdır. Burada həm milli mətbəxin yenidən canlandırılması, həm də mədəni irsin bərpası istiqamətində layihələr həyata keçirilir".

 

Fidan Hacızadə

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...