Mbappe bu mükafata layiq görüldü

Mbappe bu mükafata layiq görüldü

“Real”ın hücumçusu Kilian Mbappe 2024/2025 mövsümündə komandanın ən yaxşı futbolçusu seçilib.

 

Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

İspaniya çempionatının 2024/2025 mövsümündə 26 yaşlı Mbappe 34 oyunda iştirak edib, 31 qol vurub və 3 məhsuldar ötürmə verərək liqanın bombardiri olub. O, Çempionlar Liqasında 14 oyuna 7 qol və 2 assistlə yadda qalıb. İspaniya Kubokunda isə 4 oyunda 2 dəfə fərqlənib.

 

“Real” İspaniya çempionatını 84 xalla ikinci pillədə başa vurub. Çempion isə 88 xal toplayan “Barselona” olub.


OXŞAR XƏBƏRLƏR