Ərdoğan Laçında “Azərbaycan” şeirini deyib - VİDEO

Ərdoğan Laçında “Azərbaycan” şeirini deyib - VİDEO

Bu önəmli gündə Azərbaycanın tanınmış şairi Səməd Vurğunun misralarını xatırlayıram.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

 

O, Səməd Vurğunun Azərbaycan haqda yazdığı şeiri belə səsləndirib:

 

"El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

 

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!

 

Obamız, elimiz Azərbaycanla münasibətləri gücləndirərək davam etdirəcəyik".

 

Həmin kadrları təqdim edirik:



OXŞAR XƏBƏRLƏR