Ərdoğandan Merkelə etiraz: \"Bu ifadə doğru deyil\"
19:44 / 02.02.2017
1435
Almaniya kansleri Angela Merkel Ankaraya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, mətbuat konfransında İŞİD-dən danışarkən A.Merkelin "islamist terror" ifadəsi işlətməsi R.T.Ərdoğanın etirazına səbəb olub.
O deyib: "İslamist terror ifadəsi biz müsəlmanları ciddi şəkildə üzür. Belə bir ifadədən istifadə doğru deyil. Çünki islamla terror bir araya gələ bilməz".