Dünya üçün təhlükə: "Qatil göbələklər" çoxalır

Dünya üçün təhlükə: "Qatil göbələklər" çoxalır

Yeni elmi araşdırma göstərir ki, iqlim dəyişikliyi səbəbindən insan həyatı üçün təhlükəli olan göbələk növləri sürətlə yeni ərazilərə yayılacaq. 

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, alimlər fikrincə, dünya bu təhlükəyə hazır deyil.

 

Torpaq, kompost və su kimi mühitlərdə yayılan göbələklər ekosistem üçün faydalı olsa da, hər il təxminən 2,5 milyon insanın ölümünə səbəb olan yoluxucu infeksiyalara yol aça bilər. Bu rəqəm əslində daha yüksək ola bilər, çünki məlumat çatışmazlığı var.


Mançester Universitetindən alimlər, əsasən ağciyərləri təsir edən aspergilloz infeksiyasına səbəb olan Aspergillus göbələyinin yayılmasını kompüter simulyasiyası ilə təhlil edib. Araşdırma göstərib ki, iqlim dəyişdikcə bu göbələk növləri Şimali Amerika, Avropa, Çin və Rusiyaya yayılacaq.

 


Tədqiqatçı Norman van Rijnin sözlərinə görə, bu, ciddi narahatlıq doğurur:

 

"Aspergillus torpaqda kiçik liflər kimi böyüyür və havaya minlərlə spor yayır. İnsanlar hər gün bu sporları nəfəs alır. Sağlam şəxslərdə problem yaratmasa da, immun sistemi zəif olan insanlarda bu sporlar ağciyərlərdə inkişaf edərək ciddi infeksiyaya səbəb olur. Aspergillozun ölüm nisbəti 20-40% arasındadır. Simptomları qızdırma və öskürək kimi adi xəstəliklərlə oxşar olduğu üçün diaqnoz gec qoyulur. Üstəlik, göbələklər mövcud dərmanlara qarşı getdikcə daha davamlı olur. Hazırda yalnız dörd antifungal dərman sinfi mövcuddur.


Tropik iqlimləri sevən Aspergillus flavus növünün, qalıq yanacaq istifadəsi davam edərsə, 16% daha geniş əraziyə yayıla biləcəyi bildirilir. Bu növ həm də ərzaqları çirkləndirərək qida təhlükəsizliyinə risk yaradır. ÜST onu 2022-ci ildə ən təhlükəli göbələk patogenləri siyahısına daxil edib. Daha mülayim iqlimləri seçən Aspergillus fumigatus isə iqlim istiləşdikcə Arktikaya qədər yayıla bilər. Proqnozlara görə, bu göbələk 2100-cü ilə qədər Avropada 9 milyon insana təsir edə bilər.
Bəzi bölgələrdə, xüsusilə Sub-Sahara Afrikasında temperatur o qədər yüksələcək ki, göbələklər artıq orada yaşaya bilməyəcək. Lakin bu, ekoloji tarazlığa mənfi təsir göstərə bilər".

 


Eyni zamanda, ekstremal hava hadisələri - quraqlıq, daşqın və istilik dalğaları  göbələk sporlarının uzaq məsafələrə yayılmasına səbəb olur. Məsələn, 2011-ci ildə ABŞ-nin Coplin şəhərində baş verən tornadodan sonra göbələk infeksiyalarında artım qeydə alınıb.


Alimlər xəbərdarlıq edir ki, antifunqal müqavimət artmaqda davam edir, göbələklər isə daha geniş coğrafiyalara yayılır. Bu, gələcəkdə qlobal səhiyyə üçün ciddi risk yarada bilər.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...