Bu qulaqlıq 25 min manatdan bahadır

Cəmiyyət
16:02 / 26.05.2025
3532
Fransız brendi “Hermes” 15 min dollar dəyərində ilk lüks qulaqlıqlarını təqdim edib.
Sfera.az bu barədə “Hypebeast”ə istinadən xəbər verir.
Məlumata görə, aksessuar xüsusi sifarişli əşyalar üzrə ixtisaslaşan “Ateliers Horizons”un işinin nəticəsidir.
Qulaqlıqlar dəqiqliklə hazırlanıb və detallar əl ilə tikilib.
Bildirilib ki, qulaqlıqlar məhdud miqdarda istehsal olunacaq. Bu səbəbdən onlar təkcə dəbli aksesuar deyil, həm də kolleksiya əşyası olacaq.
Bu addım “Hermes”in lüks texnologiya məkanına keçidi üçün yeni strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Firuzə Əliyeva
Sfera.az