Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi


Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi

Masallı rayonunda parkda ucadan söyüş söyən iki qardaş həbs edilib.

 

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev adına parkda baş verib.

 

Masallı rayon sakinləri – 2003-cü il təvəllüdlü Vüsal və onun qardaşı, 2005-ci il təvəllüdlü Vasif (adlar şərti verilib – red.) ictimai yer hesab olunan parkda ucadan söyüş söyüblər.

 

Ərazidə xidmət aparan polis işçiləri onları nizam-intizama dəvət etsələr də, buna əməl etməyiblər, tabesizlik göstəriblər.

 

Bu səbəbdən həmin şəxslər saxlanılıblar.

 

İş üzrə izahat verən Vasif ittiham üzrə özünü təqsirli bilib.

 

Bildirib ki, qardaşı ilə birlikdə məhəllədə olduqları zaman küçədən keçən bir şəxsin onlara çəp baxması səbəbindən mübahisə yaranıb:

 

“Daha sonra ondan ayrıldım və yaxınlıqda yerləşən Heydər Əliyev adına parka getdik. Parka gedəndə qardaşımla öz aramızda həmin şəxs barəsində danışaraq uca səslə onu söydük. Biz söyüş söyə-söyə getdiyimiz zaman polis əməkdaşları yaxınlaşdılar, bizi nizam intizama dəvət etdilər. Əsəbi olduğumuza görə polis əməkdaşlarına aqressiv cavab verdik. Bizi polis şöbəsinə apardılar. Şöbədə olduğumuz zaman səhv etdiyimizi anladıq”.

 

Digər inzibati qaydada həbs edilən Vüsal da özünü təqsirli bilib.

 

Hər iki qardaşın barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan ediliblər.

 

Masallı Rayon Məhkəməsinin qərarı ilə Vüsal 15 gün, Vasif isə 8 gün müddətinə inzibati qaydada həbs olunublar.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...