"Uşaqlar bu halda LGBT üzvü olur" - Psixoloqdan XƏBƏRDARLIQ

"Uşaqlar bu halda LGBT üzvü olur" - Psixoloqdan XƏBƏRDARLIQ

İnformasiya əsrində böyüyən yeni nəsil əvvəllər tabu sayılan mövzularla daha erkən yaşda tanış olur. Xüsusilə də sosial media, pop mədəniyyət və qlobal trendlərin təsiri ilə LGBT mövzusu uşaqlar və yeniyetmələr arasında getdikcə daha çox müzakirə olunur. Bəzi valideynlər üçün bu, sadəcə bir maraq mərhələsi kimi görünə bilər. Digərləri isə bu tendensiyanı narahatlıqla izləyir, uşaqlarının bu mövzulara maraq göstərməsini fərqli yönlərdə yozurlar.

 

Bu halda əsas sual yaranır: bu maraq nə ilə bağlıdır və valideynlər bu məsələyə necə yanaşmalıdır? Öncədən hansı davranışlara diqqət edilməlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Aydan Məmmədova bildirib ki, öncədən olan tabuların artıq öz əsasını qorumaması və cəmiyyətdə gənclər tərəfindən qəbul edilməməsi bir tərəfdən baxanda sevindirici haldır ki, gənclər daha müasir, geniş düşüncəyə sahibdir. Lakin bir tərəfdən insanlar bunu doğru şəkildə dərk etmədiyi üçün  yanlış tərzdə qəbul edib və yanlış tərzdə bunu təqdim edib, qoruyurlar. 

 

 

Onun sözlərinə görə, insanlar müasirlik, azadlıq adı altında ağılalmaz davranışlar etməyə özlərini qadir bilirlər:

 

“Eyni qaydada  LGBT təbliğidə bu formada. Bəzən insanlar öz yaradılışlarının fərqində deyillər və ya heç bunu bilmirlər. Fərqində olmadan öz yaradılışları ilə təzadda olurlar. LGBT nə qədər təbliğ edilsə də, özlərini qəbul etməkdə çətinlik çəkirlər. Müşahidələrim əsasında deyə bilərəm ki, özünü qəbul etməyən və dərk etməyən şəxs daha çox təsdiqlənmək, nəyisə sübüt etmək üçün mübarizə aparır. Onsuz da doğru  olan hər zaman doğrudur, doğrunun sübuta və ya təsdiqə ehtiyacı yoxdur. Bəli, hər kəsin şəxsi fikri və seçimləri var. Lakin bu doğru şəkildə olmalıdır ki, psixoloji olaraq insana əks təsir etməsin. Bu səbəbdən də ola bilsin ki, DSM-5, XBT –10 dan bu hal çıxarılıb”. 

 

Psixoloq qeyd edib ki, LGBT sosial şəbəkələrdə, məşhur rok qrupları və ya məşhur şəxslər tərəfindən sətiraltı da olsa, şüuraltıya yeridilir:

 

“Nəticə olaraq da yeniyetmə və uşaqlar, hətta, böyüklər tərəfindən müzakirələrə və ya meyillənmələrə gətirib çıxarır. Bundan əlavə, psixoloji olaraq da insanlar daha çox qadağan olunan, bilinməyən hadisələrə yönəlirlər. LGBTdə hər kəs tərəfindən bilinməyən hal olduğu üçün meyillilk yaranır. Yeniyetməlik dövrü də şəxsin ən önəmli psixoloji inkişaf mərhələlərdən biridir. Çünki yeniyetməlik dövründə özünü dərketmə, psixoloji olaraq özünüqəbuletmə prosesləri baş verir. Bu zaman da daha çox öz qərarlarını vermək istəyi, öz doğrularını qəbul etdirmək və s. istəklər daxilində özünü uşaq olaraq görünüb, qələmə verilmək və ya tanıtdılmaq istəmir, içində böyük olaraq görünmək istəyi olur. LGBT yönəlmədə məlumat bolluğundan və əlçatan olmasından, daxildə formalaşan ədalət hissi və fərqliliklərə açıq olmaları və qeyd etdiyim kimi özlərini tanıma mərhələsində olduqları üçün fərqli məlumatlar daha çox diqqətlərini çəkir”. 

 

Mütəxəssis nəzərə çatdırıb ki, bu kimi hallarda valideynlərin övladlarının bu cür maraqlarına sərt olaraq qarşı çıxmaları əvəzinə, doğru formatda məlumat verməsi, “uşaqsan, sən bilməzsən” ifadəsi əvəzinə, daha şəffaf ünsiyyət qurmaları daha məqsədəuyğundur:

 

“Həmçinin, hazırda daha çox edilməsi vacib olan cinsi tərbiyə də (uşağın öz “mən”ini qəbul etdiyi dönəmdən( 3 yaşdan) ) verilməlidir. Uşaqğın anlamaq,dinləmək, danışmaq və fikirlərini doğru ifadə etməyinə icazə verilmədir. İnsan anlaşılmaq və dinlənilmək istədiyi zaman psixoloqa müraciət edir. Eynilə, valideynlər də öz övladlarına bir psixoloq olaraq münasibət bəsləməlidir. Əldə etdiyi məlumatı dinləyib doğru şəkildə aşılamalıdır. Əks halda yuxarıda qeyd etdiyim kimi qadağan edilənə daha çox meyillənəcək. Çünki bilməyəcək, özü addım atıb öyrənib bilmək istəyəcək bu zaman isə yanlış qərar verə bilərlər”.

 

Firuzə Əliyeva
Sfera.az 


 


OXŞAR XƏBƏRLƏR

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...