"Telegram" 2024-cü ildə 1,4 milyard dollar gəlir əldə etdi


"Telegram" 2024-cü ildə 1,4 milyard dollar gəlir əldə etdi

Məşhur mesajlaşma platforması Telegram 2024-cü ildə 1,4 milyard dollar gəlir əldə edib və 540 milyon dollar mənfəət göstərib.

 

Sfera.az xəbər verir ki, bu barədə informasiyanı "Financial Times" nəşri şirkətin investorlar üçün təqdimatına istinadən yayıb.

 

Mənbə qeyd edir ki, bu göstəricilər şirkətin keçən illə müqayisədə ciddi maliyyə uğuruna imza atdığını göstərir.

 

2023-cü ildə "Telegram" üçün vəziyyət tamamilə fərqli olub. O zaman şirkətin gəliri 343 milyon dollar təşkil etmiş, lakin 173 milyon dollar zərər yaranmışdı. Bu mənfi göstəricilərdən sonra 2024-cü ildə əldə olunan gəlir və mənfəət, şirkətin gəlir modelindəki optimallaşma və iş strategiyasındakı dəyişikliklərin uğurlu nəticəsi kimi qiymətləndirilir.


"Telegram"ın əsas gəlir mənbələri arasında premium abunəlik xidmətləri, reklam və əlavə funksiyaların pullu təklifləri yer alır. 2024-cü ildə platformanın istifadəçi bazasının sürətlə genişlənməsi və ödənişli xidmətlərin populyarlığının artması şirkətin maliyyə göstəricilərinin yüksəlməsində həlledici rol oynayıb.
 

Analitiklər bildirir ki, Telegramın bu böyük maliyyə sıçrayışı rəqib mesajlaşma proqramları ilə müqayisədə daha effektiv gəlir modeli qurduğunu göstərir və yaxın illərdə platformanın beynəlxalq bazarlarda daha da güclənəcəyinin göstəricisidir.


OXŞAR XƏBƏRLƏR

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə TİKA arasında əməkdaşlıq - FOTO

Lənkəran Elmi Təcrübə Mərkəzi ərazisində iki istixana istifadəyə verilib. Yeni istixanalar vasitəsi ilə bir il ərzində 20.000 ədəd sitrus və 100.000 ədəd ç...

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...