Azərbaycanın bu şəhərində boşanmalar nikahlardan çox olub - Rəsmi

Azərbaycanın bu şəhərində boşanmalar nikahlardan çox olub - Rəsmi

2025-ci ilin birinci rübünə aid olan məlumata əsasən, Azərbaycanın bəzi rayon və şəhərlərində boşanma sayı nikah sayına yaxın olub. Hətta bir şəhərdə boşanmaların sayı daha çox olub. 


Sfera.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, Şahbuz rayonunda 11 nikah və 11 boşanma qeydə alınıb.

 

Bu rayonda bir nikaha bir boşanma faktı düşüb. 


Naftalan şəhərində isə boşanma sayı nikah sayından çox olub. Bu şəhərdə 3 ay ərzində 9 nikah olduğu halda 12 boşanma qeydə alınıb. 


Ümumilikdə, son illərdə Azərbaycanda nikah sayı ilə boşanma sayı arasındakı kəskin fərq tədricən aradan qalxır. Bunu bəzi rayon və şəhərlərə aid olan statistik məlumatlardan da görmək olar. 


Məsələn, Binəqədi rayonunda 266 nikaha 207 boşanma, Nəsimi rayonunda 162 nikaha 120 boşanma, Naxçıvan şəhərində 73 nikaha 52 boşanma, Balakən rayonunda 70 nikaha 42 boşanma olub. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə TİKA arasında əməkdaşlıq - FOTO

Lənkəran Elmi Təcrübə Mərkəzi ərazisində iki istixana istifadəyə verilib. Yeni istixanalar vasitəsi ilə bir il ərzində 20.000 ədəd sitrus və 100.000 ədəd ç...

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...