"Kosmos Müqaviləsindəki prinsip pozulur"- Çindən ETİRAZ

"Kosmos Müqaviləsindəki prinsip pozulur"- Çindən ETİRAZ

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning ABŞ-ni "Qızıl Qübbə" qlobal raketdən müdafiə sisteminin inkişafı və yerləşdirilməsindən imtina etməyə və güclər arasında strateji qarşılıqlı etimadı gücləndirmək və qlobal strateji sabitliyi qorumaq üçün konkret tədbirlər görməyə çağırıb. 

 

Sfera.az bu barədə “Sinxua”ya istinadən xəbər verir.

 

Mao Ninq ABŞ-də “Qızıl Qübbə” raketdən müdafiə sisteminin yaradılması planını şərh edərkən müvafiq açıqlamalar verib.

 

Çin diplomatı qeyd edib ki, “Qızıl Qübbə” adlanan plan qeyri-məhdud, qlobal, çoxqatlı və çoxşaxəli raketdən müdafiə sistemini yerləşdirməyə yönəlib. Plan açıq şəkildə kosmik döyüş imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsini, o cümlədən orbital tutma sistemlərinin işlənib hazırlanmasını və yerləşdirilməsini tələb edir.

 

"Bu, plana açıq-aşkar hücum xarakteri verir və Kosmos Müqaviləsində təsbit olunmuş kosmosdan dinc məqsədlərlə istifadə prinsipini pozur. Planın həyata keçirilməsi kosmosun döyüş zonasına çevrilməsi və kosmik silahlanma yarışının yaranması risklərini artıracaq, beynəlxalq təhlükəsizlik və silahlara nəzarət sistemini sarsıdacaq", - Mao Ninq bildirib.

 

Rəsmi nümayəndənin sözlərinə görə, ABŞ “Öncə Amerika” siyasətinə sadiq qalaraq, özünün mütləq təhlükəsizliyinə can atır ki, bu da “bir dövlətin təhlükəsizliyi digər dövlətlərin təhlükəsizliyi hesabına təmin edilməməlidir” prinsipini pozur və qlobal strateji tarazlığı və sabitliyi pozur. Çin bununla bağlı ciddi narahatlığını ifadə edir", - Mao Ninq əlavə edib.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...