Azərbaycanda avtomobil bazarında kəskin ucuzlaşma


Azərbaycanda avtomobil bazarında kəskin ucuzlaşma

Azərbaycanda hibrid avtomobillərə maraq artmaqdadır.

 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, təkcə 2025-ci ilin aprel ayında ölkəyə 9 868 ədəd minik avtomobili gətirilib ki, bunun da 43 faizi və ya 4 216-sı hibrid mühərrikli olub. Bu da 2024-cü ilin müvafiq ayı ilə müqayisədə 2.8 dəfə çoxdur.

 

Sfera.az xəbər verir ki, avtomobil ticarəti ilə məşğul olan Eldar Əliyev Baku TV-yə açıqlamasında belə avtomobillərin ölkəyə daha aşağı qiymətə gətirildiyini deyir. Həmçinin, idxalçıların sayının çox olması satış qiymətlərinin artmasına imkan vermir.

 

Qiymətlərin azalması rəsmi göstəricilərdə də öz əksini tapır. Əgər 2024-cü ilin aprel ayında ölkəyə idxal edilən hibrid mühərrikli bir avtomobilin orta qiyməti 29 272 ABŞ dolları idisə, 2025-cü ilin eyni ayında bu göstərici 28.7 faiz azalaraq 20 875 dollar təşkil edib.

 

Hibrid avtomobillərin qiymətlərinin aşağı olmasının daha bir səbəbi onlara vergi və gömrük güzəştlərinin tətbiq edilməsidir. 2026-cı ilin yanvarın 1-dək istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən azaddır.


OXŞAR XƏBƏRLƏR

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə TİKA arasında əməkdaşlıq - FOTO

Lənkəran Elmi Təcrübə Mərkəzi ərazisində iki istixana istifadəyə verilib. Yeni istixanalar vasitəsi ilə bir il ərzində 20.000 ədəd sitrus və 100.000 ədəd ç...

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...