Azərbaycanda unun qiyməti bahalaşıb

Azərbaycanda unun qiyməti bahalaşıb

Azərbaycanda unun qiyməti artıb. Bu artım çörəyin qiymətinə təsir edib

 


Ölkədə unun qiyməti 8,2 faiz bahalaşıb. 

Un istehsal edən müəssisələr 50 kiloqramlıq 1 kisə unun qiymətini 24 manatdan 26 manat 15 qəpiyə qaldırıb. Unun bahalaşması zəncirvari reaksiya yaradıb. Ölkədə ən müxtəlif çörək zavodlarının istehsal etdiyi çörəyin qiyməti artıb və ya çəkisi azalıb. Əgər əvvəllər 50 qəpiyə alınan zavod çörəyini çəkisi 700 qram idisə, hazırda çəki 600 qrama qədər azalıb. Bu, faktiki qiymət artımıdır.  Bu hesabla 1 kiloqram çörəyin qiyməti 1 manata yaxındır. 

Məlumat üçün bildirək ki, Azərbaycanın ərzaq buğdasına illik tələbatı 3 milyon tondur, bir o qədər də yerli istehsal var. Ancaq yerli taxıl aşağı keyfiyyətli olduğundan Azərbaycan ildə 1,5 milyon ton taxıl idxal edir. Azərbaycana taxıl əsasən Qazaxıstan və Rusiyadan idxal olunur. 

Ölkədə ən böyük un istehsalçısı deputat Əsabil Qasımovun ailəsinə məxsus olan "Karat holdinq”dir. Holdinq Azərbaycan un məhsulları bazarına demək olar ki, nəzarət edir. Deputatın ailə şirkətinin qiymətləri qaldırması manatın qiymətdən düşməsi fonunda ölkədə çörəyin qiymətinə, çəkisinə də birbaşa təsir edir.

Yada salaq ki, ötən ilin yanvarında da unun qiymətində artım baş vermişdi. Həmin vaxt Əsabil Qasımov bildirmişdi ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub ki, bu da çox vacib qərardır.

"Ən azı bir il müddətinə çörəyin və unun bahalaşması sıfıra bərabərdir”-deyə Əsabil Qasımov vurğulamışdı.

Deputat onu da bildirmişdi ki, regionda ən ucuz çörək və un Azərbaycanda satılmaqdadır. Həmin dövrdə İqtisadiyyat Nazirliyi də məlumat yayaraq daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiymətinin 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiymətinin isə 23 manatla 24 manat arasında formalaşdığını açıqlamışdı.
Ö dövrdə unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörəyin 30 qəpiyə, 700 qramlıq çörəyinsə 40 qəpiyə satıldığı bildirilirdi. 

Qeyd olunurdu ki, unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.  

Unun qiymətinin bahalaşması ilə bağlı "Karat holdinq”dən açıqlama vermədilər. Deputat Əsabil Qasımov israrlı zənglərimizi cavabsız qoyduğundan məsələyə onun münasibətini öyrənə bilmədik. (musavat.com)


OXŞAR XƏBƏRLƏR

Bu əskinaslarda saxta variantlar AŞKARLANDI - RƏSMİ AÇIQLAMA

2024-cü ilin üçüncü rübündə Rusiyada rubl əskinaslarının 2057 saxta variantı aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın...

AFFA 3 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının X turunda yaşananlara hüquqi qiymət veri...

Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək

Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır. Sfera.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Y...

Avtomobilinizlə suya düşəniz, bunları mütləq edin! - Xilas olmağın yolları

Məlum olduğu kimi, ötən gün paytaxtda fasiləsiz yağan yağışlar vətəndaşlara çətin anlar yaşadıb. Sabunçuda isə tunelə yağış sularının dolması nəticəsində 2 nəfə...

Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışdı

“Ukraynada müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.   Sfera.az xəbər veri...

“Ezel”in tanınmış aktyoru vəfat etdi - FOTO

Tanınmış türk aktyor Tekin Temel vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun köməkçisi məlumat yayıb.   O bildirib ki, sənətçi 5...