Türkiyə və İsrail Bakıdakı danışıqlar nəticəsində Suriya üzrə razılığa gəliblər


Türkiyə və İsrail Bakıdakı danışıqlar nəticəsində Suriya üzrə razılığa gəliblər

İsrail və Türkiyə hər iki ölkənin Suriyadakı hərbi aktivliyinə dair prinsipial razılığa gəliblər. Razılıq Bakıda bir neçə həftə əvvəl keçirilmiş danışıqlardan sonra əldə olunub.

 

Sfera.az-ın xəbərinə görə, bu barədə israilli mənbə "İsrael Hayom" nəşrinə məlumat verib.

 

Məlumata görə, tərəflər İsrail Müdafiə Ordusu (SAXAL) qüvvələri və Suriyanın şimalında fəaliyyət göstərən Türkiyə ordusu arasında hərbi toqquşmanın qarşısının alınmasına yönəlmiş bir neçə prinsipi razılaşdırıblar. Ölkənin cənubuna gəlincə, İsrail bu ərazinin silahsızlaşdırılmasında israr edir.

 

"Middle East Eye" portalı eyni zaman bildirib ki, İsrail və Türkiyə Suriyadakı qüvvələri arasında insidentlərin qarşısının alınması üçün "qaynar xətt" yaradıblar.

 

Bu arada Azərbaycanın vasitəçiliyi ilə danışıqlar davam edir. Danışıqların gedişi ilə tanış olan mənbə "Middle East Eye" portalına bildirib ki, İsrail Türkiyənin tank və piyada bölmələri daxil olmaqla, qoşunlarını Suriya ərazisinə yerləşdirməsinə prinsipial olaraq etiraz etmir. İsrailin şərti ondan ibarətdir ki, Türkiyə Suriyada İsrail Hərbi Hava Qüvvələrinin hərəkətlərini izləyə biləcək hava hücumundan müdafiə sistemləri və radarlar quraşdırmayacaq.


OXŞAR XƏBƏRLƏR

Rusiyadan miqrantlar üçün YENİ RÜSUMLAR

Rusiya hökuməti əmək miqrantları və avtomobil sahibləri üçün yeni dövlət rüsumlarının tətbiqini nəzərdə tutan qanun layihəsini nəzərdən keçirir.   S...

Moskvada partlayış oldu

Moskvanın şərqində “Perovo Plaza” oteli yaxınlığında konteyner partlayıb və yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə T...

Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) tərəfindən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, qismən akademik tanınma prosesinin həyata keçiril...

Bakıda dənizdə körpü, nəqliyyat sistemi qurulacaq? - AÇIQLAMA

Son illərdə Bakıda sürətlə artan avtomobil sayı, yol infrastrukturu üzərində böyük yük yaradaraq paytaxtda nəqliyyat sıxlığını daha da kəskinləşdirib. Xüsusilə ...

Səfərov qardaşlarının nəşi təhvil verildi - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı qardaşlar - Ziyəddin və Hüseyn Səfərovların nəşi qohumlarına təhvil verilib. &...

İstirahət paylaşımı paxıllıq yaradır - Psixoloqdan RƏY

Yay mövsümü yaxınlaşdıqca insanlarda sosial hərəkətlilik artır. Havanın isinməsi ilə birlikdə dincəlmək, istirahət etmək insanlar üçün zəruri bir tələbat halını...