Azərbaycan nümayəndə heyəti Panamada COP29 təcrübəsini bölüşdü


Azərbaycan nümayəndə heyəti Panamada COP29 təcrübəsini bölüşdü

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 19-21 may tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə Panama şəhərində keçirilən İqlim Həftəsində və bu çərçivədə baş tutan mandatlı tədbirlərdə və yüksək səviyyəli plenar iclasda iştirak edib.
 

Sfera.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi xəbər verib.

 

21 may 2025-ci il tarixində baş tutan yüksək səviyyəli plenar iclasda Y.Rəfiyev çıxış edərək, Azərbaycanın COP29 sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. Azərbaycanın sədrliyi ilə COP29-da qəbul edilən tarixi qərarların, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il 300 milyard ABŞ dolları həcmində maliyyənin səfərbər edilməsini nəzərdə tutan Bakı Maliyyə Məqsədinin və Paris Sazişinin karbon bazarları ilə bağlı 6-cı maddəsinin 10 il davam edən nəticəsiz danışıqlardan sonra Bakıda Azərbaycanın sədrliyi altında razılaşdırılmasının əhəmiyyətini vurğulanıb.

 

Səfər çərçivəsində Y.Rəfiyev başçılıq etdiyi nümayəndə heyəti UNFCCC Katibliyinin icraçı direktoru Simon Stiell, icraçı direktorun müavini Noura Hamladji və Braziliyanın COP30 Baş İcraçı Direktoru Ana Toni və Baş danışıqçısı Lilian Çagas ilə ikitərəfli və Katibliyin iştirakı ilə üçtərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanın COP29-da əldə etdiyi nailiyyətlər, bu istiqamətdəki fəaliyyəti və təcrübəsi, iqlim dəyişmələri ilə mübarizə konteksində COP29-da qəbul edilmiş qərarların icrasının əhəmiyyəti, UNFCCC-nin Köməkçi Orqanlarının cari ilin iyun ayında keçiriləcək 62-ci sessiyası və COP30-da aparılacaq iqlim danışıqlarının mövzuları üzrə fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

"Sputnik-Azərbaycan”nın ofisində keçirilən əməliyyat görüntüləri – VİDEO

Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanı...

"Rusiya azərbaycanlıları hədəf alıb"

Bir zamanlar Qarabağda “sülhməramlı missiya” adı ilə fəaliyyət göstərən qüvvələrin indi dinc azərbaycanlılara qarşı zorakılıq və təxribatlarla yadda...

Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keç...

“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA)...

Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər...

Bakı Tikiş Evinin (BTE) məktəbli formalarına tətbiq etdiyi yeni endirimli satış qiymətləri məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Oxu....

Nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT - FOTO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib.   Sfera.az xəbər verir ki,...