Küləkli hava nə vaxtadək davam edəcək? - RƏSMİ

Küləkli hava nə vaxtadək davam edəcək? - RƏSMİ

Azərbaycanda davam edən küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

 

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, Gəncədə 18 m/s, Sabirabadda 17 m/s, Kəlbəcərdə 16 m/s, Bərdə, Biləsuvarda 15 m/s-dək güclənir.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Aran rayonlarında 27, Naxçıvan MR-da 28, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti qeydə alınıb.

 

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR