Azərbaycanda elektromobillərin sayı niyə azalıb?- "Saatlarla gözləmək..."

Azərbaycanda elektromobillərin sayı niyə azalıb?- "Saatlarla gözləmək..."

Bu il ötən illə müqayisədə plug-in hibrid avtomobillərin idxal sayı artıb, amma elektrik avtomobillərin idxal sayı azalıb.

 

Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycan 616,138 milyon ABŞ dolları dəyərində 33 767 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Bu avtomobillərin 14 336-sı (405,012 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 609-u (20,411 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

 

Bu onu göstərir ki, Azərbaycanda elektrik avtomobillərinə maraq azalıb.

 

Maraqlıdır, bu azalmanın səbəbləri nələr ola bilər?

 

Sfera.az-a açıqlama verən "MasterClass" layihəsinin rəhbəri, avtomobil sahəsi üzrə ekspert  Raqif Raufoğlu bildirib ki, bu proses hazırda bütün dünyada gedir.

 

 

Onun sözlərinə görə, Avropada da 2 il öncə elektromobillər çox alındı, ötən ildən başlayaraq orada da azalama müşahidə olunur. Orada da daha çox hibrid və plug-in hibridlərə keçirlər.

 

Mütəxəssis bildirib ki, burada sürücülərin əsas qayğısı tam elektrikə bağlı olmamaqdır:

 

“Sürücülər uzaq məsafələrə gedəndə cərəyan doldurma problem ilə üzləşə bilirlər. Plug-in hibridlərdə mühərrik özü batareyanı doldurur. Bu daha rahatdır. Sürücü yanacaq doldurur, lakin avtomobil bundan az istifadə edir. Bildiyimiz adi hibridlər də qənaətcildir, həmçinin 18% vergidən azaddır. O baxımdan, sürücülərə daha sərfəli gəlir. Baxmayaraq ki, elektromobillər həm gömrük vergisi, həm də ƏDV-dən azaddır, onun qayğıları var”. 

 

Ekspert nəzərə çatıdırb ki, bizdə infastruktur rahat və sürətli enerji doldurulmasına imkan vermir:

 

“Elektromobili olan şəxs enerji doldurulması üçün də şərait qurmalıdır. Həmin şəxs ya evinin həyətində bu imkanı təmin etməlidir ki, axşamdan səhərə qədər enerji dolsun, ya da haradasa gedib saatlarla gözləməlidir. Bu məsələ rayona gedəndə daha da mürəkkəbləşir. Bu səbəbdən insanlar elektromobillər yerinə hibrid avtomobillərə üstünlük verirlər”.

    
Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmiz əleyhinə qarşı aparılan informasiya kampaniyasına dair açıqlama yayıb. &nbs...

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tir...

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...