Barak Obama hazırda nə iş görür? - FOTOLAR
00:38 / 02.02.2017
2032
ABŞ-ın keçmiş prezidenti Barak Obama və xanımı Mişel Britaniyanın Virciniya (Virgin) adalarında (Atlantik okeanda, Qəraib dənizində), "Virgin Qrup”un sahibi, milyarder Riçard Brensona məxsus villada istirahət edir.
Axar.az xarici mediaya istinadla xəbər verir ki, Obamanın Qəraib sahillərində istirahətdə olarkən çəkilən fotoları yayılıb. Obama futbolkada və qara eynəkdə görüntülənib.
TMZ-in məlumatına görə, Obamanın yaxın vaxtlarda ABŞ-a qayıdacağı gözlənilmir.
Qeyd edək ki, Obama Trampa qarşı təşkil edilən aksiyaları dəstəkləyib və bunu insanların konstitusion haqqı adlandırıb. Keçmiş prezident varisinin immiqrasiya qərarını da "Amerika varlığına təhlükə” adlandırıb.