Müğənni Mirkamil əməliyyat olundu

Müğənni Mirkamil əməliyyat olundu

Uzun zamandır ürəyində problem olan gənc müğənni Mirkamil Kamilov bu gün əməliyyat olub.

 

Sfera.az Azxeber.com-a istinadla xəbər verir ki, Mirkamilin səhhəti ilə bağlı onun qardaşı Miribrahim Kamilov məlumat verib.

 

O, əməliyyatın uğurla başa çatdığını bildirib:

 

"Allaha şükür, əməliyyat uğurlu keçdi. Mirkamilin səhhəti də yaxşıdır. Onun üçün dua edən hər kəsə təşəkkür edirəm. İnşallah, tezliklə səhnələrə dönəcək".


OXŞAR XƏBƏRLƏR