Şimali Koreya Panmuncomda dəyişiklik etdi - Düşmənçilik dərinləşir

Şimali Koreya Panmuncomda dəyişiklik etdi - Düşmənçilik dərinləşir

Koreya respublikaları arasında münasibətlərin gərginləşdiyi bir vaxtda Şimali Koreya simvolik addım ataraq Panmuncom kəndində yerləşən binanın adından “birləşmə” ifadəsini çıxarıb. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Birləşmə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin sözçüsü Ku Byonq Sam bildirib ki, ötən ilin avqustunda Şimali Koreya Panmuncomun öz nəzarətində olan hissəsində yerləşən və əvvəllər “Birləşmə Pavilyonu” adlanan binanın lövhəsini sökərək yeni adı - “Panmun Salonu”nu sözlərini yerləşdirib.


Bu dəyişiklik Pxenyanın Seulla münasibətləri “düşməncəsinə” yenidən qiymətləndirməsi istiqamətində apardığı siyasətin tərkib hissəsi kimi qiymətləndirilib.
Panmuncom kəndi, 1953-cü ildə Koreya müharibəsinə son qoyan Atəşkəs Sazişinin imzalandığı ərazidir. Adı dəyişdirilən bina uzun illər boyunca koreyalararası dialoqlar üçün istifadə olunub. 2018-ci ilin mayında Şimali Koreya lideri Kim Çen In və Cənubi Koreyanın o zamankı prezidenti Mun Ce In burada ikinci sammitlərini keçirmişdilər.


Qeyd edək ki, 2023-cü ildə Kim Çen In Cənubi Koreyanı ölkəsinin “əsas düşməni” elan etmişdi.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yaxınları Rusiyada öldürülən azərbaycanlı: "Orada başqaları da..."

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.   Sfera.a...

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...