"Bu gün atəşkəs olacaq"- Tramp

"Bu gün atəşkəs olacaq"- Tramp

ABŞ Prezidenti Donald Tramp bu gün Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrı-ayrılıqda apardığı telefon danışıqlarının Ukraynadakı müharibədə atəşkəsin əldə olunması istiqamətində irəliləyişə səbəb olacağına ümid etdiyini bildirib.

 

Sfera.az “Associated Press”ə istinadən xəbər verir ki, Tramp həftəsonu sosial şəbəkədə paylaşdığı açıqlamasında bazar ertəsini “məhsuldar gün” adlandıraraq, atəşkəsə nail olunacağına ümid etdiyini vurğulayıb. Onun diplomatik səylərinə NATO liderlərinə etdiyi çağırışlar da daxildir.

 

Tramp, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibəyə son qoymaq üçün fəal təşəbbüslərlə çıxış edir. Bu açıqlamaları ilə o, prezidentlik müddətinə başlamazdan əvvəl belə münaqişəni sürətli şəkildə həll edəcəyini iddia etdiyi üçün, sülh təşəbbüsləri onun danışıqlar qabiliyyətinin və beynəlxalq nüfuzunun real sınağı kimi qiymətləndirilir.

 

Tramp, Putinlə şəxsi münasibətlərinə və təcrübələrinə əsaslanaraq, hazırkı böhranı danışıqlar yolu ilə həll etməyin mümkün olduğunu düşünür.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov: "Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib"

Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib.   Sfera.az-ın məlumatına görə, bun...

Yaxınları Rusiyada öldürülən azərbaycanlı: "Orada başqaları da..."

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.   Sfera.a...

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...