Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq


Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Rusiyalı diplomat bildirib: “İstanbulda nümayəndə heyətləri arasında danışıqların aparılmasını təklif edən Rusiya Prezidenti Vladimir Putinin bəyanatlarını qiymətləndiririk.

 

Nümayəndə heyətimiz mayın 15-də orada olacaq və Ukrayna tərəfini gözləyəcək".

 

D.Peskov Rusiya nümayəndə heyətinin tərkibinin Prezidentin müvafiq göstərişi olduqda açıqlanacağını da vurğulayıb.

 

Yada salaq ki, Ukrayna lideri Volodimir Zelenski mayın 15-də Türkiyədə olacağını və orada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini təsdiqləyib. O, Putinlə Ankara və ya İstanbulda görüşməyi hazır olduğunu da vurğulayıb.


OXŞAR XƏBƏRLƏR