Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - FOTO

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - FOTO

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov məhkəmə qərarını icra etmədiyinə görə cəzalandırılıb.

 

Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, məhkəmə xəstəxananın keçmiş əməkdaşı, baş tibb bacısı Gültəkin Əliyevanın işə bərpası və ona məcburi iş buraxdığı müddət üçün əməkhaqqının ödənilməsi barədə qətnamə çıxarıb. Lakin qərar hələ də icra edilməyib.

 

İcra məmurlarının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, xəstəxana direktoru məhkəmə qərarını yerinə yetirməyib. 

 

Direktor imtina səbəbini belə əsaslandırıb ki, Gültəkin Əliyevanın lobarant kim işə bərpası üçün zəruri olan diplomu və sertifikat sənədləri yoxdur. 

 

Lakin məhkəmə bu səbəbləri əsassız sayaraq qərarın icra olunmamasını qanun pozuntusu hesab edib.

 

Qərara əsasən, Bayram Muradov İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (icra məmurunun qanuni tələblərini yerinə yetirməmə) maddəsi ilə təqsirli bilinərək 1200 manat cərimə edilib.

 

Məqaləyə dair fotomateriallar:


OXŞAR XƏBƏRLƏR

MM-in növbədənkənar sessiyasının ilk iclası başladı

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb.   Sfera.az xəbər verir ki, iclasda “2024-cü il dövlət büdcəsinin icrası haq...

Bu gün bürcləri nə gözləyir? - ULDUZ FALI

Bu gün səmada olan planetar düzülüşlər bizi daxili balans, şəxsi təşəbbüs və emosional dərinliklərlə qarşılaşdırır. Bəzi bürclər üçün bu, yeni başlanğıclar üçün...

DİN-dən kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ: “Dərhal blok edin!"

İyunun 2-də DİN-ə daxil olan müraciətlər əsasında ayrı-ayrı vətəndaşların bank hesablarından 3000, 1803, 390, 200, 100, 100, 98, 90, 70, 63, 51 manat və 34 doll...

Bu şəxslər universitetə imtahansız qəbul olacaqlar - DİM ÇAĞIRIŞ ETDİ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəl...

Ən yüksək nəticəni bu rayonlardan olan abituriyentlər göstərib – SİYAHI

Kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır.   Sfera.az xəbər verir ki, bu barə...

Prezident bütün futbolçularla selfi çəkdirdi – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev dünya çempionu olan Azərbaycan minifutbol milli komandasının üzvləri ilə görüşüb.   Sfera.az&n...