Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.

 

Sfera.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Fəyyaz Talıbov kənd ərazisindən keçən yolda aldığı xəsarətlərdən vəfat edib.


Belə ki, hadisədən əvvəl F.Talıbov özünə məxsus “Mercedes Vito” markalı avtomobili digər nəqliyyat vasitəsinə qoşaraq ustaya aparmaq istəyib. O, özü yedəyə alınmış avtomobilinin sükanı arxasına əyləşib və yola çıxıblar. Lakin kənd ərazisində hərəkətdə olarkən xüsusi trosla qarşıdakı avtomobilə bərkidilmiş “Mercedes Vito” idarəetmədən çıxıb.

 

Bunu görən Fəyyaz maşının aşacağını düşünərək avtomobilin qapısından özünü atmaq qərarına gəlib və belə də edib. O, yolun hərəkət hissəsinə düşüb və bu zaman əks tərəfdən gələn digər “Mercedes” markalı avtomobil 35 yaşlı Fəyyazı vurub. F.Talıbov aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Bildirilir ki, yolun ortasında qalmış F.Talıbovu vuran avtomobilin sürücüsü Osman Gözəlov hadisə yerindən yayınıb.

 

O, Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb və Masallıya aparılaraq istintaqa təhvil verilib.
 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

“Sherlock”da hesab üstündə dava - Xanım müştəri həbs edildi

Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən “Sherlock Music Pub” iaşə obyektində insident baş verib.     Sfera.az...

MM-in növbədənkənar sessiyasının ilk iclası başladı

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb.   Sfera.az xəbər verir ki, iclasda “2024-cü il dövlət büdcəsinin icrası haq...

Bu gün bürcləri nə gözləyir? - ULDUZ FALI

Bu gün səmada olan planetar düzülüşlər bizi daxili balans, şəxsi təşəbbüs və emosional dərinliklərlə qarşılaşdırır. Bəzi bürclər üçün bu, yeni başlanğıclar üçün...

DİN-dən kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ: “Dərhal blok edin!"

İyunun 2-də DİN-ə daxil olan müraciətlər əsasında ayrı-ayrı vətəndaşların bank hesablarından 3000, 1803, 390, 200, 100, 100, 98, 90, 70, 63, 51 manat və 34 doll...

Bu şəxslər universitetə imtahansız qəbul olacaqlar - DİM ÇAĞIRIŞ ETDİ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəl...

Ən yüksək nəticəni bu rayonlardan olan abituriyentlər göstərib – SİYAHI

Kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır.   Sfera.az xəbər verir ki, bu barə...