İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam


İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super beyni kimi təqdim edərək uğur hekayələri ilə hər kəsi heyran etmişdi. Yaponiyada kosmos fizikasından tutmuş NASA layihələrinə qədər bir çox iddiası ilə diqqət çəkən Anılır, media və elm dünyasında böyük bir pərəstişkar toplamışdı. Ancaq arxa planda bir yalan zənciri var idi və ortaya çıxan həqiqət hər kəsi təəccübləndirmişdi.

Sfera.az bu dəfə sizə ilk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam haqqında məlumat təqdim edir.


Serkan Anılır 2004-2010-cu illər arasında qəfildən mətbuatda və sosial mediada parlamağa başlayıb.
 

Onun Almaniyada yüksək texnologiyalar üzrə magistr, Tokioda kosmik fizika üzrə təhsil aldığı, səkkiz universitetdə professor kimi dərs dediyi bildirilirdi. Üstəlik, onun NASA-da işlədiyi, kosmosa gedən ilk türk astronavtı olduğu, Yaponiya Aerokosmik Agentliyi olan “JAXA”nın prezidenti olduğu iddia edilirdi.
 

O, xəbərlərdə “Türk Aliminin Kosmos Lifti: ATA” və “Yapon Türk Samurayı” başlıqları ilə çıxış edib. Sosial mediada paylaşdığı tərcümeyi-halında o, astronavt təhsili aldığını, olimpiya çempionu olduğunu, NASA-da işlədiyini və Tokio Universitetində dosent olduğunu qeyd edib. Çoxları ona inanırdı və nailiyyətləri ilə fəxr edirdi.

Yalanları necə ortaya çıxdı?
 

O, Tokioda vəzifə başında olarkən Anilir haqqında istintaq başladılıb və faktlar bir-bir üzə çıxıb. Doktorluq dissertasiyasının 40%-nin plagiat olduğu aşkar edilib və o, bunun “sadə bir səhv” olduğunu bildirib. Astronavt iddiası üçün əsas götürdüyü fotoşəkil NASA astronavtı Richard J. Hiebə aid olub. Anılır fotomontajdan istifadə edib.
 

O, “Bu şəkil Hyustonda əylənmək üçün çəkilib, onu tərcümeyi-halıma yerləşdirmək səhv idi” deyərək vəziyyəti ələ almağa çalışıb. Üstəlik, Yapon Kosmik Fizika Departamenti kimi bir bölmə olmayıb. O, İllinoys və ya İTU məzunu yox, sadəcə Yıldız Texniki Universitetinin Memarlıq fakültəsinin məzunu olub. Tokio Universitetinin rəsmiləri “130 illik tariximizdə belə bir hadisə ilə rastlaşmamışıq” deyərək universitetlə əlaqələri kəsərək, onun titullarını ləğv ediblər.
Serkan Anılırın yalanları üzə çıxandan sonra Yaponiyada böyük sensasiyaya səbəb olub.
 

O, tarixə “Yaponları aldadan türk” kimi düşüb. Hadisədən sonra Anılır sözün əsl mənasında yoxa çıxıb və ondan bir daha xəbər alınmayıb. Onun hazırda harada olduğu və nə işlə məşğul olduğu məlum deyil. Sosial medianın ilk günlərindən qalan isə bu maraqlı və təəccüblü hekayədir.


Aynil


OXŞAR XƏBƏRLƏR

Leysan, dolu, şimal-şərq küləyi... - Sabahın havası AÇIQLANDI

İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. ...

Qaxda ağır qəza: Xəsarət alanlar var - FOTO

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən k...

Bu gün eşqdə 3 BÜRC şanslı olacaq

Astroloji təsirlər romantik əlaqələri gücləndirmək və yeni münasibətlərə başlamaq üçün ideal atmosfer yaradır, lakin yuxular və reallıq arasında tarazlığı qorum...

DSX-nin hərbi qulluqçusu xəstəxanada öldü

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində və...

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Evdə "Wi-Fi" siqnalı zəifdirsə və internetin sürəti sizi bezdiribsə, bahalı təkrarlayıcı və ya provayderə zəng etmədən əvvəl sadə bir üsulu sınaqdan k...

Tramp Milli Qvardiyanı Los-Ancelesə GÖNDƏRİR

ABŞ Prezidenti Donald Tramp iğtişaşları yatırtmaq üçün Kaliforniyaya Milli Qvardiyanın 200 hərbçisinin göndərilməsinə qarşı çıxan ştatın qubernatoru Gavin Nyuso...