Tramp Rusiya və Ukraynadan imtina etdi - Yeni hədəf VAR?

Tramp Rusiya və Ukraynadan imtina etdi - Yeni hədəf VAR?

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus Rusiya-Ukrayna məsələsində vasitəçi olmayacaqlarını bildirib. O qeyd edib ki, dünyanın başqa yerləri onların marağını çəkir. 

 

Maraqlıdır, Bryus başqa yerlər deyəndə haranı nəzərdə tuta bilər?  Trampın yeni hədəfi nədir?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən konfliktoloq Elman Vəliyev Bryusun fikirlərinin çox məntiqli olduğunu bildirib.  Politoloqun sözlərinə görə, Rusiya–Ukrayna münaqişəsi Amerika üçün əslində o qədər də maraqlı deyil:

 

"ABŞ-nin bu münaqişədən əsas məqsədi təbii resurslara çıxış əldə etmək idi. Bu baxımdan, ABŞ Ukrayna ilə bir çox məsələdə artıq uzlaşıb”.

 

E.Vəliyev Donald Trampın əsas maraq dairəsinin isə Orta Şərq olduğunu qeyd edib.

 

O vurğulayıb ki, bu xüsusilə İsrailin genişlənməsi üçün əlverişli şərait yaratmaq baxımından maraqlıdır:

 

“Digər vacib məsələ isə Çin və Aİ-ni zəiflətmək və beynəlxalq yarışdan kənarlaşdırmaqdır. Əgər məntiqlə yanaşsaq, ABŞ üçün ilk və ən ciddi hədəf Çin olmalıdır, ardınca isə Orta Şərq və Avropa Birliyi gəlməlidir. Hazırda ABŞ üçün əsas potensial təhlükə məhz Çindir. Amerikanın Çinə qarşı istifadə edə biləcəyi iki əsas “kartı” var. İqtisadi təzyiqlər və münaqişə potensialı kartlardan biridir".

 

Ekspert sonda vurğulayıb ki, Orta Şərq məsələsinə gəldikdə isə, ABŞ Husilərə qarşı tədbir görməli və regiondakı dənizlərdə, xüsusilə boğazlarda öz maraqlarını təmin edəcək bir “təhlükəsizlik dəhlizi” yaratmalıdır.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Leysan, dolu, şimal-şərq küləyi... - Sabahın havası AÇIQLANDI

İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. ...

Qaxda ağır qəza: Xəsarət alanlar var - FOTO

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən k...

Bu gün eşqdə 3 BÜRC şanslı olacaq

Astroloji təsirlər romantik əlaqələri gücləndirmək və yeni münasibətlərə başlamaq üçün ideal atmosfer yaradır, lakin yuxular və reallıq arasında tarazlığı qorum...

DSX-nin hərbi qulluqçusu xəstəxanada öldü

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində və...

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Evdə "Wi-Fi" siqnalı zəifdirsə və internetin sürəti sizi bezdiribsə, bahalı təkrarlayıcı və ya provayderə zəng etmədən əvvəl sadə bir üsulu sınaqdan k...

Tramp Milli Qvardiyanı Los-Ancelesə GÖNDƏRİR

ABŞ Prezidenti Donald Tramp iğtişaşları yatırtmaq üçün Kaliforniyaya Milli Qvardiyanın 200 hərbçisinin göndərilməsinə qarşı çıxan ştatın qubernatoru Gavin Nyuso...