Zelenski minerallara dair sazişin detallarını açıqlayıb


Zelenski minerallara dair sazişin detallarını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşün 100% mənalı və məhsuldar keçdiyini bildirib.

 

Sfera.az RBC-Ukraynaya istinadən xəbər verir ki, o, bu barədə çıxışında söyləyib.

 

“Biz Vatikanda ABŞ prezidenti ilə saziş bağlamağa hazır olduğumuz barədə danışdıq. Əslində, indi biz Vatikan görüşünün ilk nəticəsini əldə etdik ki, bu da onu həqiqətən tarixi edir”, - Ukrayna lideri bildirib.

 

Onun sözlərinə görə, minerallara dair saziş ratifikasiya olunmaq üçün Ali Radaya göndərilib:

 

“Biz sazişlə bağlı gecikmələrin olmamasında maraqlıyıq. Artıq sənəd Ukraynaya sərmayələr üçün imkan yaradan həqiqətən bərabərhüquqlu müqavilədir. Bu, Ukraynada istehsalın əhəmiyyətli dərəcədə modernləşdirilməsi və ondan daha az vacib olmayan ölkəmizdə hüquqi təcrübənin müasirləşdirilməsi ilə bağlıdır”.

 

“Politico” nəşri isə mənbələrə istinadla məlumat yayıb ki, ABŞ və Ukrayna təbii resurslarla bağlı saziş çərçivəsində ümumilikdə üç sənəd imzalanıb.

 

Bundan əvvəl Ukraynanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko ABŞ ilə minerallara dair sazişin imzalandığını təsdiqləyib. Bu saziş Ukraynaya sərmayə qoyacaq bərpa fondunun yaradılmasını nəzərdə tutur. (Report)


OXŞAR XƏBƏRLƏR

Leysan, dolu, şimal-şərq küləyi... - Sabahın havası AÇIQLANDI

İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. ...

Qaxda ağır qəza: Xəsarət alanlar var - FOTO

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən k...

Bu gün eşqdə 3 BÜRC şanslı olacaq

Astroloji təsirlər romantik əlaqələri gücləndirmək və yeni münasibətlərə başlamaq üçün ideal atmosfer yaradır, lakin yuxular və reallıq arasında tarazlığı qorum...

DSX-nin hərbi qulluqçusu xəstəxanada öldü

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində və...

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Evdə "Wi-Fi" siqnalı zəifdirsə və internetin sürəti sizi bezdiribsə, bahalı təkrarlayıcı və ya provayderə zəng etmədən əvvəl sadə bir üsulu sınaqdan k...

Tramp Milli Qvardiyanı Los-Ancelesə GÖNDƏRİR

ABŞ Prezidenti Donald Tramp iğtişaşları yatırtmaq üçün Kaliforniyaya Milli Qvardiyanın 200 hərbçisinin göndərilməsinə qarşı çıxan ştatın qubernatoru Gavin Nyuso...