Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başladı


Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başladı

Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə keçirilmiş attestasiya nəticələrinə əsasən, 100-dən çox şəxs müvafiq ixtisaslar üzrə təlimlərə cəlb olunub.

 

Bu barədə Sfera.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, təlimlər Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunub. Attestasiyanın nəticələrinə əsasən keçirilən təlim prosesi V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət, R.Behbudov adına 2 nömrəli onbirillik və Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəblərində 2 ay müddətində təşkil olunacaq.

 

Təlimlərin ilk günündə MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov təlim iştirakçıları ilə görüşərək, dərs qrafiki ilə bağlı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Bu təlimlərin əsas məqsədinin təhsilverənlərin nəzəri və praktiki biliklərinin artırılması, onların müasir tədris metodlarına yiyələnməsi, həmçinin peşəkar fəaliyyətlərində daha da səmərəli nəticələr əldə etmələrinə dəstək olduğunu vurğulayıb.

 

Təlim proqramları attestasiya komissiyalarının müəyyən etdiyi təlim ehtiyaclarına əsaslanaraq tərtib olunub. Bu proqramlar fortepiano, musiqi tarixi və nəzəriyyəsi istiqamətləri üzrə iştirakçıların təkmilləşməsi və inkişafına yönəldilib. Təlimlər pedaqoji təcrübəyə malik peşəkar müəllimlər və mütəxəssislər tərəfindən aparılır.

 

Qeyd edək ki, musiqi və incəsənət məktəblərinin müəllimlərinin attestasiya prosesində attestasiya komissiyası tərəfindən müvafiq olaraq üç əleyhinə, iki lehinə səslə qiymətləndirilən təhsilverənlər təlimlərə cəlb olunmaqla, onlara yenidən şans yaradılacaq. Belə ki, bu şəxslər müəllimlərin işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələsindən uğurlu nəticə əldə etməklə yenidən məktəblərdə işləyə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Pərvin Abıyeva şıdırğı rəqsi ilə diqqət çəkdi - VİDEO

Aktrisa Pərvin Abıyevanın görüntüsü marağa səbəb olub.   Sfera.az xəbər verir ki, paxtaxt məkanlarının birinə rəfiqələri ilə istirahətə yollanan...

Küləkli hava bu tarixədək davam edəcək

İulun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.   Milli Hidrometeorologiya Xi...

Azərbaycanın qızıl bazarında vəziyyət necədir?

Azərbaycanda məhərrəmlik ayı başlayıb. Bu ayda toy mərasimləri olmadığı üçün qızıl zinət əşyalarına maraq olmadığı üçün bu zinət bazarına da təsirsiz ötüşmür. ...

Azərbaycanın mədəniyyətə ağır itki: Tanınmış bəstəkar vəfat etdi- FOTO

Tanınmış bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlu vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun ya...

Bu gün imtahan var

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.   Sfera.az xəbər verir...

Elçin Əmirbəyov sülh sazişinin imzalanmasına mane olan amillərdən DANIŞDI - FOTO

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb.   Sfera.az xəbər ...