İqtisadi böhrandan qorunmağın 11 YOLU

İqtisadi böhrandan qorunmağın 11 YOLU
 İqtisadi böhrandan qorunmağın
İqtisadi böhranı faciə etməyə ehtiyac yoxdur. Hər bir problemin həlli var. Sadəcə qabaqlayıcı tədbirlər görmək lazımdır. İqtisadi böhrandan qorunmağın yolları ilə sizi tanış edirik.

1. Bu günlə yaşayın, anın dadını çıxarın, çaxnaşmaya düşməyin. Gələcəyi fikirləşmək narahatlığı sizi təlaşa sala bilər. Sakitləşdikdən sonra yaxın və uzaq gələcəkdə ailə və uşaqlarınız üçün ehtiyacınız olanları və istədiklərinizi bir kənara yazın. Qarşılarına isə bu ehtiyacları necə qarşılayacağınızı yazın. "Amma", "olmaz ki", "qeyri-mümkündür" kimi mənfi sözlərdən istifadə etməyin.
2. Səadəti satın almaq üçün axtarmağa ehtiyac yoxdur. Pula ehtiyacınız olmayan fəaliyyətlər və əsla alınıb satılmayan duyğular olduğunu xatırlayın. Məsələn, hər gün evdə 10 dəqiqə məşq edin. Bu, bir elmi faktdır ki, qan dövranı sürətləndikcə həm özünüzü daha enerjili hiss edəcəksiniz,  həm də beyninizə qan gedəcək və daha yaxşı fikirləşə biləcəksiniz. Sevdiyiniz və müsbət ortaq xatirələriniz olan insanlarla keçirəcəyiniz vaxt isə onsuz da satılmayan bir zaman hissəsidir.
3. Qonşunuzla ortaq internet istifadə edin. Televiziya paketini ləğv edin və internetdən televiziyanı izləyin. Yalnız kompüterinizi televizora bağlayacaq bir alətə ehtiyacınız var.
4. İstifadə etdiyiniz cib telefonu paketini dəyişdirin və telefon danışıqlarınızı internet üzərindən edin.
5. İstifadə etmədiyiniz əşyalarınızı satın və ya kirayəyə verin. Avtomobil, televizor, gəlinlik və s. Sata bilməyəcəyiniz əşyalarınızı ehtiyacı olanlara verin. Paylaşma duyğunuzu inkişaf etdirmək yoxsullaşma hissinizi azaldacaq.
6. İctimai nəqliyyatdan istifadə edin. Qısa məsafələrə piyada gedin.
7. Ödəmələrini gecikdirdikcə faiz artır. Ona görə də kreditlərinizi yavaş-yavaş ləğv edin və kredit kartı borclarınızı vaxtında ödəyin.
8. Evdə yaxşı vaxt keçirməyin yollarını axtarın. Qəhvə içmək, marağınıza səbəb olan kitab oxumaq və ya filmə baxmaq çöldə keçirəcəyiniz vaxtdan daha qənaətli başa gələcək. Gündə 1 fincan qəhvədən aylıq xərcinizi hesablayın, o zaman bunun əhəmiyyətini daha yaxşı anlayacaqsınız.
9. Uşaqlarınıza bu dövrü daha rahat keçirmək üçün bəzi tədbirlər görməyin qaçılmaz olduğunu izah edin və cibxərcliyini daha qənaətlə istifadə etmələrini öyrədin. Məsələn, çips sevirsə, evdə birlikdə kartof qızardın və ya çips hazırlayın 
10. Daha çox yemək xərclərinə qənaət etmək lazımdır. Tox tutan sadə paylar hazırlayın. Sadə, lakin bir neçə cür yemək hazırlayın.
11. Köçün. Siz ağac deyilsiniz. Daha az kirayə ödəyəcəyiniz bir yerə köçün. Varsa, ailənizdən qalan evdə yaşaya bilərsiniz. Əgər sizin üçün dözülməz deyilsə, ailənizlə birlikdə yaşayın. (Aile.lent.az )

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...