Yeni Zelandiyada fövqəladə hal elan edildi - Səbəb

Yeni Zelandiyada fövqəladə hal elan edildi - Səbəb

Yeni Zelandiyanın bir sıra bölgələrində, o cümlədən ölkənin ikinci böyük şəhəri olan Kristçörçdə güclü küləklər və fasiləsiz yağışlar səbəbindən fövqəladə hal elan olunub.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Velinqtonda küləyin sürəti saatda 120 kilometrə çatıb. Nəticədə bəzi ərazilərdə su basqınları qeydə alınıb, məktəblər bağlanıb, çoxsaylı uçuşlar və bərə səfərləri ləğv edilib.


Rəsmilər hava şəraitinin yaxın günlərdə də davam edəcəyini bildirərək, vətəndaşları mümkün qədər evlərində qalmağa çağırıblar. Fövqəladə hallar xidməti xüsusilə sahil bölgələrində küləyin daha da güclənəcəyini qeyd edib.


Yeni Zelandiyanın meteoroloji xidməti güclü küləklərin ağacların aşması və elektrik enerjisi kəsintilərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq yayıb. Hazırda əraziyə yerli xilasedici qruplar cəlb olunub və vəziyyət nəzarətdə saxlanılır.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Leysan, dolu, şimal-şərq küləyi... - Sabahın havası AÇIQLANDI

İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. ...

Qaxda ağır qəza: Xəsarət alanlar var - FOTO

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən k...

Bu gün eşqdə 3 BÜRC şanslı olacaq

Astroloji təsirlər romantik əlaqələri gücləndirmək və yeni münasibətlərə başlamaq üçün ideal atmosfer yaradır, lakin yuxular və reallıq arasında tarazlığı qorum...

DSX-nin hərbi qulluqçusu xəstəxanada öldü

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində və...

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Evdə "Wi-Fi" siqnalı zəifdirsə və internetin sürəti sizi bezdiribsə, bahalı təkrarlayıcı və ya provayderə zəng etmədən əvvəl sadə bir üsulu sınaqdan k...

Tramp Milli Qvardiyanı Los-Ancelesə GÖNDƏRİR

ABŞ Prezidenti Donald Tramp iğtişaşları yatırtmaq üçün Kaliforniyaya Milli Qvardiyanın 200 hərbçisinin göndərilməsinə qarşı çıxan ştatın qubernatoru Gavin Nyuso...