Medvedev azərbaycanlı məmura yüksək vəzifə verdi
22:51 / 30.01.2017
1845
Rusiyanın baş naziri Dmitri Medvedev Azər Talıbovu iqtisadi inkişaf nazirinin müavini təyin edib.
"Report" "TASS"-a istinadən xəbər verir ki, bu barədə hökumətin saytında xəbər verilib.
"Azər Mütəllim oğlu Talıbov iqtisadi inkişaf nazirinin müavini təyin edilsin" – deyə sənəddə bildirilir.
O, bu təyinata qədər Mərkəzi Bank sədrinin katibliyinin rəhbəri vəzifəsini tutub.