Piyadanı döyən “BakuBus” sürücüsü ilə bağlı DİN-dənAÇIQLAMA - VİDEO


Piyadanı döyən “BakuBus” sürücüsü ilə bağlı DİN-dənAÇIQLAMA - VİDEO

Xəbər verdiyimiz kimi Bakıda avtobus sürücüsü piyadanı döyüb. "BakuBus" MMC-yə məxsus 11 saylı "90 JY 786" dövlət nömrə nişanlı avtobusun sürücüsü piyada ilə mübahisəyə başlayıb. Ardınca mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib. Sürücü piyadanın üzünə yumruqla vuraraq qaşını partladıb.
 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Sfera.az-a bildirib ki, aprelin 25-də paytaxtın Nərimanov rayonu ərazisində avtobus sürücüsü ilə piyada arasında mübahisə baş verməsi barədə daxil olmuş məlumat üzrə ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.


Tərəflərin izahatı alınıb. Yol üstünlüyü ilə bağlı aralarında anlaşılmazlıq yarandığını bildirərək qarşılıqlı şikayətlərinin olmadığını qeyd ediblər.

 

Hazırda araşdırma davam etdirilir.
 

Qeyd edək ki, "BakuBus" MMC-yə məxsus marşrutu idarə edən Ramin Təhməzov bu ilin mart ayında qəza törədib.




OXŞAR XƏBƏRLƏR

Leysan, dolu, şimal-şərq küləyi... - Sabahın havası AÇIQLANDI

İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. ...

Qaxda ağır qəza: Xəsarət alanlar var - FOTO

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən k...

Bu gün eşqdə 3 BÜRC şanslı olacaq

Astroloji təsirlər romantik əlaqələri gücləndirmək və yeni münasibətlərə başlamaq üçün ideal atmosfer yaradır, lakin yuxular və reallıq arasında tarazlığı qorum...

DSX-nin hərbi qulluqçusu xəstəxanada öldü

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində və...

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Evdə "Wi-Fi" siqnalı zəifdirsə və internetin sürəti sizi bezdiribsə, bahalı təkrarlayıcı və ya provayderə zəng etmədən əvvəl sadə bir üsulu sınaqdan k...

Tramp Milli Qvardiyanı Los-Ancelesə GÖNDƏRİR

ABŞ Prezidenti Donald Tramp iğtişaşları yatırtmaq üçün Kaliforniyaya Milli Qvardiyanın 200 hərbçisinin göndərilməsinə qarşı çıxan ştatın qubernatoru Gavin Nyuso...