“İmamoğlu işi” ilə bağlı daha 47 nəfər saxlanıldı


“İmamoğlu işi” ilə bağlı daha 47 nəfər saxlanıldı

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı korrupsiya istintaqı çərçivəsində keçirilən əməliyyatda daha 47 şübhəli saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

 

Bildirilir ki, İstanbul Baş Prokurorluğunun məlumatına görə, həbs edildikdən sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla şübhəlilər barəsində “cinayətkar təşkilata liderlik etmə”, “cinayət təşkilatına üzv olma”, “hədə-qorxu ilə tələb etmə”, “məlumatları ələ keçirmə”, “tenderin saxtalaşdırılması” ittihamları ilə başladılan korrupsiya istintaqı davam etdirilir. İstintaq çərçivəsində daha 53 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Bunun ardınca Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən İstanbul, Ankara və Tekirdağda keçirilən əməliyyatlarda 47 şübhəli saxlanılıb. Şübhəlilərin evlərində və iş yerlərində axtarışlar davam edir. Qaçan 6 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.

 

Xatırladaq ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində martın 23-də Ə.İmamoğlu haqda həbs qərarı verilib. Daha sonra Türkiyə Daxili İşlər Nazirliyi merin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Bildirilib ki, qərar müvəqqəti xarakter daşıyır və istintaq müddətini əhatə edir.


OXŞAR XƏBƏRLƏR

Leysan, dolu, şimal-şərq küləyi... - Sabahın havası AÇIQLANDI

İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. ...

Qaxda ağır qəza: Xəsarət alanlar var - FOTO

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən k...

Bu gün eşqdə 3 BÜRC şanslı olacaq

Astroloji təsirlər romantik əlaqələri gücləndirmək və yeni münasibətlərə başlamaq üçün ideal atmosfer yaradır, lakin yuxular və reallıq arasında tarazlığı qorum...

DSX-nin hərbi qulluqçusu xəstəxanada öldü

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində və...

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Evdə "Wi-Fi" siqnalı zəifdirsə və internetin sürəti sizi bezdiribsə, bahalı təkrarlayıcı və ya provayderə zəng etmədən əvvəl sadə bir üsulu sınaqdan k...

Tramp Milli Qvardiyanı Los-Ancelesə GÖNDƏRİR

ABŞ Prezidenti Donald Tramp iğtişaşları yatırtmaq üçün Kaliforniyaya Milli Qvardiyanın 200 hərbçisinin göndərilməsinə qarşı çıxan ştatın qubernatoru Gavin Nyuso...