Deputat: “Azərbaycan-Çin arasında vizaların ləğvi iqtisadi baxımdan çox əhəmiyyətlidir”

Deputat: “Azərbaycan-Çin arasında vizaların ləğvi iqtisadi baxımdan çox əhəmiyyətlidir”

“Viza rejiminin aradan qaldırılması həm Çindən Azərbaycana gələn, həm də Azərbaycandan Çinə səfər edəcək turistlərin sayının artmasına böyük imkan yaradır”.

 

Sfera.az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib.

 

Onun sözlərinə görə, Çinin çox böyük turist bazarı mövcuddur: “Çinlilər dünyanın demək olar bütün ölkələrinə səfər edirlər. Viza rejiminin qarşılıqlı ləğvi Azərbaycan vətəndaşlarının Çinə səfər etməsi imkanlarını daha da asanlaşdıracaq. Çinin turistik, görməli və tarixi yerləri var. Birbaşa uçuşların da mövcud olması bu istiqamət üzrə böyük imkanlar yaradır. Düşünürəm ki, bu addım hər iki ölkə üçün böyük əhəmiyyət daşıyır. Hər iki ölkə rəhbərinin bu məsələyə dəstək olması turizm cameəsi üçün çox yaxşı addım oldu”.

 

Deputat ikitərəfli vizaların aradan qaldırılmasının iqtisadi baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Vizaların ləğvi eyni zamanda iqtisadi baxımdan da əhəmiyyət kəsb edən bir addımdır. Azərbaycanda fəaliyyət göstərən iş adamları Çinə çoxlu səfərlər edir, görüşlər keçirirlər. Ümumiyyətlə, Çin də dünya bazarına öz məhsullarını təqdim edir. Azərbaycanlı iş adamlarının bu ölkəyə səfəri, görüşlərin keçirilməsi, ticari nöqteyi-nəzərindən onların işlərini daha da asanlaşdırır. Eyni zamanda Çin iş adamlarının da ölkəmizə səfər etməsi, iqtisadi imkanlarla yaxından tanış olması da əhəmiyyətli dərəcədə imkanlar yaradır”.


OXŞAR XƏBƏRLƏR

Pirallahıda əməliyyat: 42 kq narkotik vasitə aşkar olundu

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.   Sfera.az xəbər verir...

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...

Hərbi helikopterlərimiz havaya qalxdı – FOTO/VİDEO

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.   Müdafiə Nazirliyin...

“Veysəloğlu” əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi

“Veysəloğlu” MMC insan resurslarının strateji inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində, məhz mütəxəssis heyətinə yönəlmiş &ldq...

AMB vəzifəli şəxsi cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Premium Bank ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.   Sfera.az bu barədə AMB-yə istinadən xəb...