Kallas Bakıya gəlir: "Aİ-nin Azərbaycanla bağlı siyasətinə baxılacaq"

Kallas Bakıya gəlir: "Aİ-nin Azərbaycanla bağlı siyasətinə baxılacaq"

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək. Bu barədə Aİ-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir. Qeyd olunub ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə və Xarici işlər naziri Ceyhun Bayramovla da görüşəcək. 


Kallasın Bakı səfəri hansı məqsədi daşıyır və nələr müakirə olunacaq?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, bu, K.Kallasın ali nümayəndə kimi Azərbaycana ilk səfəri olacaq.

 

"Odur ki, əsas məsələlərdən biri, sözsüz ki, tanışlıq olacaq. Başqa sözlə desək, səfər həm də tanışlıq məqsədi daşıyacaq", - deyən K.Novruzovun sözlərinə görə, Aİ rəsmisinə Cənubi Qafqazdakı son durum, o cümlədən Azərbaycan-Ermənistan normallaşması barədə məlumat veriləcək. 

 

 

K.Novruzov qeyd edib ki, həm Azərbaycan lideri, həm də nazirlə gözlənilən görüşdə Ermənistanla yekun sülh sazişinin şərtləri barədə qarşı tərəfə məlumat verəcək:

 

"O cümlədən, konstitusiya dəyişikliyi və Minsk Qrupunun ləğvinin zəruriliyi diqqətə çatdırılacaq. Həmçinin, Ermənistanın konstrukiv mövqeyi, eyni zamanda son zamanda intensivləşən hərbi təxribatlar barədə qarşı tərəfə məlumat veriləcək. Bundan başqa, əlbəttə, ikitərəfli durumun perspektivi, o cümlədən Aİ-nin Cənubi Qafqazla bağlı siyasəti də müzakirən olunacaq".


Politoloq qeyd etdi ki, regionumuzda və yaxın bölgələrdə baş verən dəyişikliklər Aİ-nin Azərbaycanla bağlı siyasətində korrekdə etməyə tələb edir. Onun sözlərinə görə, bu məsələlər görüşdə qonağın diqqətinə çatdırılacaq:

 

"ABŞ ilə gərginləşən münasibətlər, həmçinin Rusiyanın Ukrayna ilə müharibədə ən azı hələlik uduşlu tərəf olduğunu nəzərə alsaq, deməliyik ki, Avropanın işi xeyli çətinləşib və daha da çətinləşəcək. Belə bir vaxtda Avropanın xüsusilə enerji təhlükəsizliyi ilə bağlı olaraq Azərbaycana ehtiyacı var. Həmçinin, Avropa rəsmi Bakının nəinki regionda, dünyada artan geosiyasi rolunu da nəzərə almalıdır. Bütün bunlar Aİ-nin Azərbaycanla bağlı siyasətinə redəkləri zəruri edir. Bu, əlbəttə, özünü həm Aİ-nin monitorinq missiyasının fəaliyyətində göstərir. Heç şübhəsiz, görüşlər zamanı bu məsələ də gündəmdə olacaq. Bundan başqa, digər regionlarla bağlı da fikir mübadiləsi aparılacaq, mövcud perspektivlər qiymətləndiriləcək”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Pirallahıda əməliyyat: 42 kq narkotik vasitə aşkar olundu

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.   Sfera.az xəbər verir...

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...

Hərbi helikopterlərimiz havaya qalxdı – FOTO/VİDEO

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.   Müdafiə Nazirliyin...

“Veysəloğlu” əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi

“Veysəloğlu” MMC insan resurslarının strateji inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində, məhz mütəxəssis heyətinə yönəlmiş &ldq...

AMB vəzifəli şəxsi cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Premium Bank ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.   Sfera.az bu barədə AMB-yə istinadən xəb...