Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”

Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”

“Bu gün Azərbaycanın əməkdaşlıq əlaqələrinin dinamik şəkildə inkişaf etdiyi ölkələrdən biri də Çindir. Məlum olduğu kimi, 2023-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.”


Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
 

Deputat bildirib ki, ölkələrimiz arasında 1992-ci il aprelin 2-də diplomatik münasibətlər qurulduqdan dərhal sonra ikitərəfli əməkdaşlıq əlaqələri sürətlə inkişaf etməyə başlayıb və indiyə kimi kifayət qədər səmərəli nəticələr əldə edilib. “ Birgə Bəyannamə, qeyd etdiyimiz kimi, ötən ilin iyulunda Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü sammitində Azərbaycan Prezidenti cənab İlham Əliyev və ÇXR-in Sədri Si Cinpin arasında baş tutmuş təkbətək görüşün gedişində imzalanmışdır. Həmin görüş zamanı iki ölkənin rəhbəri əməkdaşlığı gələcəkdə də genişləndirmək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək, ölkələrimizin ümumi maraqlarını birlikdə müdafiə etmək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq etmək barədə razılığa gəlmişdilər. Bu gün Avrasiya regionunda cərəyan edən hadisələr bir daha təsdiq edir ki, Azərbaycan-Çin əməkdaşlıq əlaqələri istər qlobal sülh və sabitliyin qorunması baxımından, istərsə də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin daha da genişləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Bütün bu məqamlar cənab Prezident İlham Əliyevin aprelin 21-də Çinin Sinxua agentliyinə verdiyi müsahibədə öz əksini tapmışdır.”
 

Kamaləddin Qafarov Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulduğunu və ölkələrimizin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə böyük hörmətlə yanaşan, müstəqil xarici siyasət yürüdən etibarlı tərəfdaşlar olduğunu xüsusi vurğulayıb: “Sözsüz ki, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin yeni səhifəsini açmış oldu. Onu da qeyd etmək lazımdır ki, məhz Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. Təsadüfi deyil ki, hələ 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda etdiyi çıxışında cənab Prezident İlham Əliyev bildirmişdi ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və əlbəttə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır” .
 


OXŞAR XƏBƏRLƏR

Pirallahıda əməliyyat: 42 kq narkotik vasitə aşkar olundu

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.   Sfera.az xəbər verir...

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...

Hərbi helikopterlərimiz havaya qalxdı – FOTO/VİDEO

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.   Müdafiə Nazirliyin...

“Veysəloğlu” əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi

“Veysəloğlu” MMC insan resurslarının strateji inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində, məhz mütəxəssis heyətinə yönəlmiş &ldq...

AMB vəzifəli şəxsi cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Premium Bank ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.   Sfera.az bu barədə AMB-yə istinadən xəb...