"Avtovağzal"ın qarşısında mikroavtobuslar toqquşdu

Bakı Metropoliteninin "Avtovağzal" stansiyasının qarşısında Bakı-Sumqayıt xətti üzrə hərəkət edən mikroavtobuslar toqquşub.

Sfera.az report-a istinadən xəbər verir ki, qəza yolun buz bağlaması səbəbindən mikroavtobusun birinin sürüşərək digərinə çırpılması nəticəsində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, Bakı-Saray-Sumqayıt maşrutu ilə hərəkət edən 503 (keçmiş 14) nömrəli mikroavtobus sərnişinləri düşürtmək üçün stansiyanın qarşısındakı dayanacaqda dayanıb.

Həmin vaxt Bakı-Sumqayıt xətti ilə hərəkət edən 504 nömrəli mikroavtobusun sürücüsü də sərnişin düşürtmək üçün idarə etdiyi nəqliyyat vasitəsini saxlamaq istəyib. Lakin bu zaman mikroavtobus sürüşərək digər mikroavtobusa çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki mikroavtobusa ziyan dəyib.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...