Azərbaycan və Çin arasında bir sıra sənədlər imzalandı


Azərbaycan və Çin arasında bir sıra sənədlər imzalandı

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində ölkəmizin Energetika Nazirliyi ilə Çin şirkətləri arasında bir sıra sənədlər imzalanıb.

 

Sfera.az xəbər verir ki, imzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Hökuməti və “Universal Solar Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında 100 MVt gücündə Qobustan günəş elektrik stansiyası Layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında Azərbaycan Respublikasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi, “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “PowerChina Resources Limited” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 160 MVt gücündə günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi (mübadilə ediləcək)”, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında “Bərpa olunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu” yer alıb.


OXŞAR XƏBƏRLƏR

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...

Hərbi helikopterlərimiz havaya qalxdı – FOTO/VİDEO

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.   Müdafiə Nazirliyin...

“Veysəloğlu” əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi

“Veysəloğlu” MMC insan resurslarının strateji inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində, məhz mütəxəssis heyətinə yönəlmiş &ldq...

AMB vəzifəli şəxsi cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Premium Bank ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.   Sfera.az bu barədə AMB-yə istinadən xəb...

Bu nazirlik və komitələrin birləşdirilməsi GÖZLƏNİLİR

Azərbaycanda yerli icra hakimiyyətlərində genişmiqyaslı struktur islahatlarının aparılması məsələsi gündəmdədir. Belə ki, müasir idarəetmə tələblərinə cavab ver...