Ölüyə görə saqqal saxlayanlar, televizora baxmayanlar bunu OXUSUN! ŞOK XƏBƏR!

Ölüyə görə saqqal saxlayanlar, televizora baxmayanlar bunu OXUSUN! ŞOK XƏBƏR!
Qədimlərdən belə bir adət formalaşıb ki, insanın yaxını dünyasını dəyişəndə 40 gün yas və saqqal saxlayırdılar, 40 gün evdə televizoru açmırdılar. Hətta bu adəti indi davam etdirənlər də az deyil. Ümumiyyətlə bunun dinlə hər hansı bağlılğı varmı? İslam dini bu haqda nə deyir?  İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov bildirdi ki, bunun dinlə bağllığı olmamasına baxmayaraq bu gün də bu adəti davam etdirənlərə çox rast gəlmək olar. Halbuki saqqal bütün ilahi, səmavi dinlərdə, hətta qeyri ilahi dinlərdə belə kişinin saqqallı olması və üzünü qırxmaması bildirilir:  "Ancaq dini mətnlərdə əsli olmayan ölü üçün saqqal saxlamağa isə çox hallarda normal yanaşılır. Bütün bunlar hələ cəmiyyətin dini cəhətdən maariflənməyə ehtiyacının böyük olduğunu göstərir.    Çünki, dinimizə görə və digər dinlərə görə insanın dünyasını dəyişənlər üçün saqqal saxlaması haqqında heç bir mənbədə məlumat yoxdur. Bu cür adətlər şamanlıqdan, və ya bir şəxsin bunu adət halına gətirməsindən qaynaqlana bilər. Ölən üçün 40 gün yas saxlamaq, müəyyən ayinləri icra etmək müxtəlif batil dinlərdən İslama gəlib. Həmçinin İslamın bəzi sonradan dinə yenilik edən məzhəbləri tərəfindən qədim xalqların inanacları və ayinləri ilə qarışdırılaraq İslama gətirilib. Xüsusi ilə ölənlər üçün belə dində əsli olmayan adətlər Səfəvilərdən sonra meydana gəlib. Daha sonra müəyyən xalq inancına çevrilib və yaşadılıb. Həqiqətdə isə bunun heç bir dini və elmi əsası yoxdur.”    Dünyasını dəyişən yaxınımıza görə evdə televizora baxmaq olar? Dünyasını dəyişən üçün evdə televizoru 40 gün açmamaq kimi adətə gəldikdə isə Ə. Həsənov bunları dedi: "Əslində televizorda müxtəlif haramlar, musiqi səsləri, qadın müğənnilər, açıq-saçıqlıq olduğu üçün dünyasını dəyişənin yaxınları televizoru bağlayırlar. Bu daha yaxşıdır. Çünki, bəzi mənbələrdə dünyasını dəyişənlərin yuxu vasitəsi ilə öz yaxınlarına bunun doğru olmadığını bildirməsi haqqında rəvayətlər gəlib. Bəzi insanlar iddia edirlər ki, yuxu heç vaxt dəlil olmaz. Ancaq yuxunun dəlil olması dinimizdə vardır. Bildiyimiz kimi İbrahim peyğəmbərin (əleyhissalam) öz övladı İsmayıl peyğəmbəri yuxuda qurban kəsdiyini görməsi, Yusif peyğəmbərin öz gördüyü yuxunu atası Yəqub peyğəmbərə danışması və Yəqubun övladına digər qardşalarından ehtiyat etdiyini bildirməsi və s. kimi mənəblərdə yuxunun dəlil, sübut olaraq götürülməsi məlumdur. Hətta bu yaxınlarda ərəb ölkələrinin birində baş verən yuxu hadisəsi də dünyasını dəyişən evdə bir müddət televizorun bağlı qalmasınının lazımlılığını göstərir. Çünki bəzi alimlər deyirlər ki, dünyasını dəyişən evdə televizoru açdıqda qəbirdə onun üçün əzab oluna bilər. Qənaətimə görə televizora baxmağa görə qəbirdə yaxın günlərdə dünyasını dəyişən yaxınım əzab çəkməməlidir.”    İlahiyyatçınını sözlərinə görə, bəzi İslam alimlərinin bir çoxu bu məsələdə sərt mövqe göstərib və hətta müasir dövrümüzdə də televizora baxmağın böyük günah olduğunu və dünyasını dəyişən olanda da bunun ölən üçün qəbirdə əzab çəkməsinə səbəb olduğunu deyirlər. Ancaq bu barədə hədislərdə bir xəbər gəlməyib: "Bəzi din alimləri isə deyirlər ki, insanın valideyni dünyasını dəyişəndə ona hörmət əlaməti olaraq bir müddət televizordan uzaqlaşmalı, valideyni üçün dua etməli, təziyəyə, başsağlığına gələn insnaların qulluğunda dayanmalı, onları hörmətlə qarşılamalı və yola salmalıdır. Bütün bunlara baxmayaraq müasir dövrümüzdə insnaları televizorsuz təsəvvür etmək mükün deyildir. Hətta yaxınları dünyasını dəyişən olsa da belə insanlar mütləq xəbərlərə açıb baxırlar.”    İslam dininə görə üç gündən artıq yas saxlamaq olmaz.... İlahiyyat üzrə fəlsəfə doktoru vurğuladı ki, islam dininə görə üç gündən artıq yas saxlamaq peyğəmbərimiz tərəfindən qadağan olunub: "Peyğəmbərimiz də şəriət məsələrini özündən demirdi. Bildiyimiz kimi vəhylə mükəmməl din olan İslamı bizə çatdırıb. Hətta Peyğəmbərin şəriətə aid sözləri, hərəkətləri, davranışı, bir məsələdə danışması və susması da şəriətdən hesab olunur. Bu səbəblə İslam alimləri yekdilliklə bildiriblər ki, dinimizdə dünyasını dəyişən üçün yalnız üç gün yas saxlamaq, təziyə, başsağlığı vermək gəlib. Üç gündən sonra artıq harada qarşılaşsan ölənin yaxınına baş sağlığı verə bilərsən. Ancaq bizdə həqiqətən bəzi adətlər vardır ki, yaxşı olsa da bu adətlərin İslam dini ilə bağlılığı yoxdur. Ölü üçün 3-7 vermək, cümə axşamları təşkil etmək, 40-cı günü qeyd etmək, 52-ci gün ziyafət vermək, ilini xatırlamaq kimi adətləri etsək də İslam bütün bunları qadağan edib.” 

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...