Bərdədə məmurlar üç ailəni məhv edir: “Çayxana binasında soyuqdan qırılırıq”- TƏFSİLAT

Bərdədə məmurlar üç ailəni məhv edir: “Çayxana binasında soyuqdan qırılırıq”- TƏFSİLAT
Bərdənin Zöhrabbəyov küçəsindəki çayxana binasına sığınmış üç ailə soyuqdan donur

Politika.Az-a yazan ağdamlı sakinlərin sözlərinə görə,
 23 ildir qaz üzünə həsrət qalıblar. 

Onlar Bərdə Rayon İcra Hakimiyyətinə (RİH) müraciət etsələr də, nəticəsiz qalıb. Müraciətdə deyilir ki, rayonda ağalıq edən Elbrus Ağayev Bərdə Qaz İstismar İdarəsinə bu üç ailəni qazla təchiz etməməyi tapşırıb. 

Bildirib ki, onları Bərdədə salınmış iki qəsəbəyə köçürəcək. Amma indiyə qədər heç bir tədbir görülməyib. 

Tərtər Regional Qaz İdarəsi də binaya baxış keçirib və qeyri-qanuni yaşayış olduğu üçün sakinlər qeydiyyata alınmayıb. E.Abbasov qışın sazağında üç ailəni girov saxlayır və insanlar soyuqdan qırılır. 

"Bizim bütün dövlət prqanlarına məktublarımız var. Amma heç kəs əhəmiyyət vermir. Biz bu ölkənin vətəndaşı deyilik? Dünyaya qaz satan ölkənin vətəndaşları isə soyuqdan buz bağlayıb.

Bizim çayxana binasında yaşamağımız da dövlət məmurlarının vecinə deyil. Nəhayət, Mehriban xanıma müraciətdən sonra Bərdə icra hakimiyyətinə tapşırıq verildi.

Lakin icra hakiminin müavini Vahid Qarayev dedi ki, Elbrus Abbasova söz deyə bilməz. Daxili İşlər Nazirliyindən Bərdə polisinə də tapşırıq verilib ki, tədbir görülsün. 

Məndən izahat alınsa da, Elbrus Abbasovdan alınmayıb, süründürməçilik, özbaşınalıq davam edir. 10 nəfərlik üç ailə soyuqdan donur. Bina nəmişlikdən uçub tökülür, bizə kömək edin”.

Politika.Az

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...