"Əli Kərimli, o mühafizəçiləri hansı pulla saxlayırsan?"

"Əli Kərimli, o mühafizəçiləri hansı pulla saxlayırsan?"

"İndi bir sıra hallarda kimlərinsə bizə şəffaflıq, yaxud maliyyə intizamı barədə dərs keçmək cəhdlərinə şahidlik edirik, amma istər Qərb dairələri, istər daxildəki radikallar bir özlərinə baxsınlar". 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.

 

Millət vəkili qeyd edib ki, Bayden hakimiyyətinin Ukrayna siyasəti üzərindən 200 milyardlıq korrupsiya əməlləri ilə bütün dünyaya faş oldu:

 

"Demokratlar senatının anti-Azərbaycan mövqeli neçə nümayəndəsi, başda senator Menendez olmaqla hansı korrupsiya cinayətlərinə qarışdığı məhkəmə qaydasında təsbit edildi. Yaxud Avropa Parlamentinin vitse-spikeri deputatları ətrafında korrupsiya qalmaqalları hər kəsə bəllidir, belə olan halda hansı üzlə Azərbaycanda maliyyə şəffaflığı barədə danışa bilərlər?

Yaxud ölkə daxilində antimilli ünsürlər. Əli Kərimov yanında mühafizəçi ordusu saxlayır, hamısı da açıq formada pozucu, təxribatçı. Gündə bəyanat verir filan mühafizəçim saxlanıldı. İndiki dövrdə heç bir yerdə işi-gücü olmayan hansı adam ictimai əsaslarla mühafizəçilik edir? Sən hansı pulla saxlayırsan o mühafizəçiləri? Yaxud şəffaflıqdan yazan "jurnalistlər" var ki, bugün istintaq onların hansı korrupsiya mexanizminin iştirakları olduğunu üzə çıxarır.

Yəni öncə bunlara aydınlıq gətirilməlidir, idarəetmə sistemindən şəffaflıq tələb edənlərin özlərinin fəaliyyəti şəffaf olmalıdır ki, danışmağa dilləri olsun.
Mən bir daha deyirəm, Azərbaycan dövləti maliyyə intizamının, şəffaf idarəetmənin tam tərəfdarıdır və bütün nəzarət mexanizmlərinin effektiv fəaliyyəti üçün mexanizmlər işləkdir və işlək də olacaq. Biz bu məsələyə milli təhlükəsizlik konsepsiyamızın vacib hissəsi kimi baxırıq".

 

B.Məhərrəmov vurğulayıb ki, dövlət başçımız "Kölgə iqtisadiyyatı"nın minimuma endirilməsini, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmasını, iqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqinin genişləndirilməsini və təşviqini, korrupsiya ilə mübarizənin gücləndirilməsini, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikası formalaşmasını ciddi hədəf kimi müəyyən edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...