Leyla Əliyeva No Fon Li ilə görüşüb - FOTO

Leyla Əliyeva No Fon Li ilə görüşüb - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li ilə görüşüb.

 

Sfera.az  xəbər verir ki, görüş bu ölkənin Milli Təsviri İncəsənət Muzeyində keçirilib. Bildirilib ki, muzey Vyetnamın bədii irsini nümayiş etdirən əsas mədəniyyət ocaqlarındandır. Muzeyin qalereyaları yerli və digər ölkələrdən ziyarətçiləri cəlb edən unikal kolleksiyaya sahibdir. Daimi ekspozisiyalarla yanaşı, burada müvəqqəti sərgilər, uşaqlar üçün yaradıcı məkan da var.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li iki ölkə arasında mövcud əlaqələrin genişlənməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Qeyd edilib ki, Azərbaycanla Vyetnam arasında sıx əməkdaşlıq hələ Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində ilk xarici səfərini məhz Vyetnama etdiyi vaxtdan başlayıb. Bu gün isə Ümummilli Liderin adını daşıyan Fond iki ölkə arasında münasibətlərin sıx tərəfdaşlıq, qarşılıqlı hörmət və dostluq səviyyələrində davam etdirilməsi üçün Vyetnamla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə öz töhfəsini verir.

 

Görüşdə dövlət səviyyəsində qurulan münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət, təhsil, sosial sahələr üzrə layihələr çərçivəsində daha da dərinləşməsinin vacibliyi vurğulanıb, bu il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana nəzərdə tutulan səfərinin iki ölkə əməkdaşlığının möhkəmlənməsində növbəti addım olacağına əminliklərini ifadə edilib.

 

Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 1954-cü ildə yazdığı “Vyetnam süitası” əsərinin 2023-cü ildə Hanoy şəhərində premyerasının keçirilməsi, Azərbaycan musiqiçilərinin Vyetnam Milli Musiqi Akademiyası ilə birgə konsert proqramının təşkili kimi mədəni layihələrin gələcəkdə də davam etdirilməsinin, hər iki ölkənin mədəniyyət günlərinin təşkil olunmasının, o cümlədən mədəniyyət xadimlərinin, ziyalıların və gənc fəalların qarşılıqlı səfərlərinin vacibliyi vurğulanıb.

 

Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələrin bundan sonra da müxtəlif sahələr üzrə davam etdiriləcəyi bildirilib, iki ölkənin turizm potensialı, ətraf mühitin qorunmasına yönələn layihələr diqqət mərkəzində olub. Həyata keçirilən layihələrin ölkələrimiz və xalqlarımız arasında münasibətlərdə xüsusi rol oynadığı qeyd edilib.

 


OXŞAR XƏBƏRLƏR

Qaxda zəlzələ oldu

Zaqatala stansiyasından 27 km cənub-şərqdə Qax rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosundan...

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...