SON DƏQIQƏ: ANS-IN "AĞIL DƏRYASI" cəhbədə şəhid oldu -FOTO
Cəmiyyət
22:33 / 29.01.2017
56970
Xanəli Fəttayev bu gün erməni gülləsindən dünyasını dəyişib
"Vaxtilə "Ağıl dəryası" layihəmizin iştirakçısı olan, Xanəli Fəttayev bu gün Tovuzun Əlibəyli kəndində keşiyini çəkdiyi postda aldığı güllə yarasından dünyasını dəyişib".
Sfera.az "Enter.News"a istinadən xəbər verir ki, bunu "Ağıl dəryası" verilişinin keçmiş aparıcısı Murad Əzimzadə öz "Facebook" hesabında yazıb.
Xanəli Fəttayevin yaxınları musavat.com - a deyiblər ki , 18 yaşlı əsgər 4 ay öncə hərbi xidmətə yollanıb. Xanəli Fəttayevin ölüm xəbəri 29 yanvar saat 12:00-da ailəsinə verilib. Onun həmin gün səhər saat 6:00 radələrində şəhid olduğu deyilib. Ailədən bildirilib ki, gecə saatlarında övladlarının cənazəsi ailəyə təhvil veriləcək və hadisə haqqında ətraflı məlumat təqdim olunacaq.
Qeyd edək ki, mərhumun ailəsi Bakının Binə qəsəbəsində, "Südçülük sovxozu" adlanan ərazidə yaşayır.
Sosial şəbəkələrdə yaylan məlumata görə , mərhum vaxtilə ANS TV-nin "Ağıl dəryası" layihəsinin iştirakçısı olub. Bu barədə "Ağıl dəryası" verilişinin keçmiş aparıcısı Murad Əzimzadə öz "Facebook" hesabında yazıb.
Sosial şəbəkələrdə yayılan bu məlumatı musavat.com şəhidin ailəsi ilə dəqiqləşdirib.
Xanəli Fəttayevin yaxınları musavat.com - a deyiblər ki , 18 yaşlı əsgər 4 ay öncə hərbi xidmətə yollanıb. Xanəli Fəttayevin ölüm xəbəri 29 yanvar saat 12:00-da ailəsinə verilib. Onun həmin gün səhər saat 6:00 radələrində şəhid olduğu deyilib. Ailədən bildirilib ki, gecə saatlarında övladlarının cənazəsi ailəyə təhvil veriləcək və hadisə haqqında ətraflı məlumat təqdim olunacaq.
Qeyd edək ki, mərhumun ailəsi Bakının Binə qəsəbəsində, "Südçülük sovxozu" adlanan ərazidə yaşayır.
Sosial şəbəkələrdə yaylan məlumata görə , mərhum vaxtilə ANS TV-nin "Ağıl dəryası" layihəsinin iştirakçısı olub. Bu barədə "Ağıl dəryası" verilişinin keçmiş aparıcısı Murad Əzimzadə öz "Facebook" hesabında yazıb.
Allah rəhmət eləsin.
Sfera.az





