Evdə oturub "iş yoxdur" deyənlərə MƏSLƏHƏT

Evdə oturub
Ailənin ehtiyaclarını təmin etmək üçün işləyib çalışmaq ibadətdən sayılır. Müsəlman Allahdan layiqincə qorxmalı, yalnız Ona təvəkkül etməli, sonra isə lazimi səbəblərdən (əl əməyi, ticarət və s.) yapışmalıdır. Uca Allah buyrur: "...Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha layiqincə təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur". (ət-Taləq, 2-3).
Sfera.az zikr.az-a istinadən bildirir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Heç kim öz əlinin zəhməti və alnının təri ilə qazandığından daha xeyirli bir ruzi yeməmişdir. Davud peyğəmbər (Ona Allahın salamı olsun) də öz əlinin əməyi, zəhməti ilə dolanırdı". (əl-Buxari, ət-Tabərani, əl-Beyhəqi).
"Hansı qazanc daha halal və təmizdir?" deyə soruşulan suala, "İnsanın öz əlinin əməyi, hər bir məqbul və halal alış-satış ən təmiz və halal qazancdır" cavabını vermişdir. (Əhməd: "Musnəd", 4/141).
"Birinizin ipini belinə atıb bir dəstə odun gətirərək satması və beləcə Allahın bununla onun şərəfini qoruması xalqdan istəməsindən daha xeyirlidir. (Kim bilir, bəlkə də, bir şey) verərlər (minnət altında qalar) və ya (heç bir şey) verməzlər, (zillətə düşər)", - deyərək dilənçiliyi pisləmiş və işləməyi təşviq etmişdir". (əl-Buxari: "Zəkat", 50-53; Muslim: "Zəkat", 106).
"Uca Allah əlinin zəhməti ilə dolanan qulunu sevər". (İbn Məcəh: "Zuhd", 5).
Avf ibn Məlik əl-Əşcəi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hüzurunda doqquz, yaxud səkiz, yaxud yeddi kişi idik. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Allahın Rəsuluna beyət etməzsinizmi?" deyə buyurdu. Halbuki bizlər bir az öncə ona beyət etmişdik və Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu sualını üç dəfə təkrar etdi və bizlər də əllərimizi beyət üçün uzadıb: "Ya Rəsulullah! Biz bir az öncə sənə beyət etdik. İndi nə üçün beyət edirik" dedik. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın, beş vaxt namaz qılın və insanlardan heç bir şey istəməyin" deyə buyurdu. Sonra mən bu camaatdan bəzilərini gördüm ki, hər hansı birisinin qamçısı yerə düşdüyü zaman (yaxın olan) birisindən istəməzdi (özü düşər) və götürərdi". (Muslim).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) peyğəmbərliyindən əvvəl həm çobanlıq, etmiş həm də ticarətlə məşğul olmuşdur. Bir gün Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm): "Allahın göndərdiyi hər bir peyğəmbər çobanlıq etmişdir" - demiş, səhabələr: "Siz dəmi?" - deyə soruşduqda, "Bəli, mən də Məkkənin Qararit adlı yerində (və ya Məkkədə bir haqq müqabilində) qoyun otarmışam", - deyə cavab vermişdi. (əl-Buxari: "İcarə", 2; Muslim: "İman", 302).

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...