Kreml: "Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı ABŞ-nin mövqeyi bizi məmnun edir"

Kreml: "Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı ABŞ-nin mövqeyi bizi məmnun edir"

Kreml ABŞ-nin Ukraynanın NATO üzvlüyü məsələsində mövqeyini dəyişdirməsini müsbət qarşılayıb.

 

Sfera.az “Reuters”nəşrinə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, ABŞ-nin Ukraynanın NATO-ya üzvlük təklifinin masadan çıxarıldığını açıqlayaraq, bunun Moskvanın mövqeyi ilə uyğun olduğunu bildirib. Peskov, Ukraynanın NATO üzvlüyünün Rusiyanın milli maraqları üçün ciddi təhdid yaratdığını vurğulayıb.

 

 

ABŞ səfiri General Keith Kellogg bazar günü verdiyi açıqlamada, Ukraynanın NATO üzvlüyünün artıq “masadan çıxarıldığını” açıqlamışdı. ABŞ Prezidenti Donald Trump, əvvəllər Ukraynanın NATO-ya üzv olmasının müharibəyə səbəb olduğunu bəyan etmişdi.

 

Kremlin nümayəndəsi, Ukraynanın NATO üzvü olmasının münaqişənin əsas səbəblərindən biri olduğunu bildirərək, Rusiyanın bu məsələyə olan münasibətini təkrarladı. Putin isə dəfələrlə Ukraynanın NATO üzvü olma arzusunu tərk etməsi və Rusiya tərəfindən nəzarət edilən ərazilərdən qoşunlarını çəkməsi şərti ilə müharibəni bitirməyə hazır olduqlarını bildirmişdi.

 

Tramp, Ukraynadakı münaqişənin bu həftə sona çatması üçün razılaşma əldə edilməsini ümid etdiyini bəyan edib. Kremlin sözçüsü isə bu məsələ ilə bağlı zaman çərçivəsi verməkdən çəkinib və Rusiya tərəfinin sülh həllinə hazır olduğunu təkrar edib.

 

Bu arada, ABŞ-nin Rusiyanın Krım üzərindəki nəzarətini tanımağa hazır olub-olmadığı barədə yayılan xəbərlərə Kremlin təmsilçisi şərh verməyib və sülh həllinin gizli şəkildə aparılması gərəkdiyini qeyd edib.

 

Fidan Hacızadə

 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...