"Ermənistanda konstitusiya 2026-cı ildən əvvəl dəyişərsə..."- AÇIQLAMA

"Ermənistanda konstitusiya 2026-cı ildən əvvəl dəyişərsə..."- AÇIQLAMA

Ermənistan Baş naziri referendum kampaniyası aparır.

 

Sfera.az xəbər verir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

 

Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan Konustitusiyasının xalqın iradəsini əks etdirmədiyini qeyd edib. 

 

Ekspertin sözlərinə görə, Paşinyan qüvvədə olan konstitusiyanın sülhə deyil, yalnız qonşularına qarşı ərazi iddialarını özündə ehtiva edən ali bir hüquqi sənəd olduğunu etiraf etmiş oldu:

 

“Konustitusiya xalqın sülh çağırışlarının üstündən xətt çəkir, "Böyük Ermənistan" mifi ilə 30 il ərzində ölkəni forpost vəziyyətində saxlayır. N.Paşinyan hazırkı konstitusiyanın revanşistlər tərəfindən yazıldığını və xalqın sülh istəklərini özündə əks etdirmədiyini xalqa çatdırır. Onun regionlara səfərlərində "Real Ermənistan" planını təbliğ etməsi, "tarixi Ermənistan" imtina, qonşularla sülh və hazırkı konustitusiyanı tənqid etməsi, bir növ referenduma hazırlıq kampaniyasıdır”.

 

M.Əsədullazadə qeyd edib ki, Ermənistan Konstitusiyanın dəyişməsi 2026-cil seçkilərdən əvvəl baş tutarsa, sülh müqaviləsi bağlana bilər. 

 

“Gümrü şəhərinin müxalifətdən seçilən meri Ermənistanın Rusiyaya ilə inteqrasiya və əməkdaşlığın inkişaf etdirmək barədə bəyanat verib. O, Ermənistanın yalnız Rusiya ilə birgə təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. 2026-ci il seçkilərinə baş nazirliyə namizəd olduğunu açıqlayıb. Müxalifətin Ermənistanın ikinci şəhərində mer seçilməsi, özlərinə inamı artırıb. Rusiyanın da müxalifətə ciddi dəstək verəcəyi gözlənilir”,-siyasi şərhçi əlavə edib.

 

Firuzə Əliyeva 

 

 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...