Sarkisyan etiraf elədi: "Azərbaycan müharibə ilə istəyinə nail olmayacaq..."

Sarkisyan etiraf elədi:
Sarkisyan ordu günü ilə bağlı müraciətində bir daha 2016-cı ilin aprelindən baş verən Dördgünlük müharibəni xatırladıb.

Sfera.az-ın axar.az-a istinadən məlumatına görə, dördgünlük savaşın xofundan çıxa bilməyən və hər dəfə özünə təsəlli verməyə cəhd göstərən Sarkisyan müharibənin Qarabağın taleyini həll etməyəcəyini bildirib.

"Aprel savaşı bir daha göstərdi ki, düşmən (Azərbaycan nəzərdə tutulur - red) müharibə ilə istəyinə nail olmayacaq. Çünki Qarabağın həlli yolu müharibədən keçmir", - erməni prezident bildirib.
Bunun ardınca isə Dağlıq Qarabağ ətrafında ordunun gücü ilə 26 il əvvəl ərazilərin işğal olunduğunu etiraf edib və bunu "təhlükəsizlik zonası" adlandırıb.

Xatırladaq ki, Dördgünlük müharibə zamanı Lələtəpə yüksəkliyi də daxil olmaqla, Azərbaycan strateji əhəmiyyət daşıyan yüksəklikləri işğaldan azad etdi və Cocuq Mərcanlı kəndi erməni təhdidindən xilas oldu. Bu savaşda Ermənistan 350 əsgər itirdi və 500 əsgəri yaralandı. Azərbaycan Ordusu qısa müddətdə ərazilərini işğaldan azad etməyə qadir olduğunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin sərəncamı ilə artıq işğaldan azad olunan Cocuq Mərcanlı kəndində məskunlaşma başlayıb. İlham Əliyevin bu sərəncamı Ermənistanda panika yaradıb.

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...