Piyadaların hamısı 100 manat cərimələnəcək? - RƏSMİ AÇIQLAMA

Piyadaların hamısı 100 manat cərimələnəcək? - RƏSMİ AÇIQLAMA

Baş Dövlət Yol Polis İdarəsi qayda pozuntusuna görə piyadalar üçün nəzərdə tutulan 20 manat cərimə məbləğinin 100 manata qədər artırılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Sfera.az-ın məlumatına görə, Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev azvision.az-a bildirib ki, bu məsələdə hər bir piyada üçün cərimənin artırılmasından söhbət getmir.

Qurum rəsmisi bildirib ki, cərimələrin artırılması beton və dəmir maneələrin aşılması ilə yolun hərəkət hissəsinə çıxan piyadalar üçün nəzərdə tutulub: "Digər hallarda isə cərimə məbləği 20 manat olaraq qalır. Bunlar ayrı-ayrı qayda pozuntularıdır. Bir şəxs bilərəkdən beton və ya dəmir maneəni aşaraq yolun hərəkət hissəsinə çıxır. Məlum olduğu kimi həmin arakəsmələr nisbətən yüksək sürət olan yollarda tətbiq olunur. Belə maneələrlə təchiz olunmuş yolların hərəkət hissəsinə çıxması özünün və digər hərəkət iştirakçılarının həyatı üçün böyük təhlükə yaradır. Belə olduğundan həmin sanksiyanın cərimə məbləğinin artırılması barədə təklif olunub".

K.Əliyev qeyd edib ki, adıçəkilən cərimə artımı ilə bağlı müzakirələr olacaq: "Son nəticədə hansı qərar qəbul olunacaqsa, yol hərəkəti qaydalarını pozan piyadalara qarşı bizim əməkdaşlar tərəfindən həmin cərimə sanksiyası tətbiq olunacaq".

Qeyd edək ki, təklif olunan layihə Milli Məclisə göndərilib və yaz sessiyasında müzakirə olunacaq.

Hazırda İnzibati Xətalar Məcəlləsində piyadalara qarşı 4 maddə ilə inzibati protokol tərtib olunur. Onların da hər birinin cəriməsi 20 manatdır.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...