Bakıda yaşayış binasında YANĞIN
Hadisə
10:19 / 29.01.2017
1519
Bakıda yanğın qeydə alınıb.
Sfera.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsindən 11-ci mərtəbəsinə qədər şaxta boyunca elektrik kabelləri 18 p.m yanıb.
Mənzillər yanğından mühafizə olunublar.
Yanğın saat 19:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.