Təhsil Nazirliyi: "Elə ümumtəhsil məktəbləri var ki..."

Təhsil Nazirliyi:

Azərbaycan Təhsil Nazirliyi (TN) ölkənin orta məktəblərində fiziki tərbiyə dərslərinin keçirilməsi ilə bağlı mövcud vəziyyəti dəyərləndirib.

Sfera.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, hazırda orta məktəblərin tədris planına uyğun olaraq, fiziki tərbiyə dərslərinin həftəlik dərs yükü 1-ci sinifdən 11-ci sinfədək 2 saatdır:

"Düşünürük ki, həftə ərzində bu fənnin 2 saat effektiv keçirilməsi yaxşı nəticələrə gətirib çıxara bilər".

Nazirlikdən bildirilib ki, hazırda Azərbaycanın idman zalı olmayan məktəblərinin sayını konkret demək mümkün deyil:

"Çünki 2003-cü ildən başlayaraq, yəni son 10 ildən də artıq müddətdə Azərbaycanda 3000-dən çox ümumtəhsil məktəbi yenidən tikilib və ya əsaslı təmir edilib. Bu da o deməkdir ki, ən azı, 3000 məktəbin idman zalı fəaliyyət göstərir, yaxud da onların idman meydançaları yenidən qurulub, burada idman infrastrukturu ilə bağlı hər hansı iş görülüb. Azərbaycanın elə ümumtəhsil məktəbləri var ki, onların idman infrastrukturu ən müasir səviyyədədır. Şagirdlər onlardan istifadə edirlər. Belə məktəblərdə hətta yüksək səviyyəli yarışlar da keçirə bilərlər".

Nazirlikdən deyilib ki, Azərbaycanın müstəqilliyi dövründə, xüsusilə son 10-15 il ərzində Azərbaycanda məktəb binalarının tikilməsi və yenidənqurulması zamanı idman infrastrukturunun qurulması nəzərə alınır. İdman infrastrukturunun yaradılması gələcəkdə məktəblərin təmiri zamanı da nəzərə alınacaq və təhsil sistemində idman infrastrukturuna diqqətin göstərilməsi siyasəti davam etdiriləcək.

TN-dən əlavə edilib ki, orta məktəblərdə fiziki hazırlıq yalnız idman zallarında deyil, həm də mövsümdən asılı olaraq, məktəblərin həyətlərində - stadionlarında keçirilə bilər. Hazırda da fiziki tərbiyə dərslərinin keçirilməsi üçün məktəblərin həyətlərindən və bu ərazilərdəki qurğulardan istifadə edilir.


OXŞAR XƏBƏRLƏR

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...